Əli Həsənov: “Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib”
Tarix: 06.11.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Ermənistan özü-özünü bu dəhlizdən kənarda qoyub”
“Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir”
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb
Ə. Həsənov xatırladıb ki, ötən həftədə Azərbaycan Prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib: “Bu görüşlərin də əksər hissəsi Xəzər və Qara dəniz hövzəsi, Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu, ondan əvvəl reallaşdırılmasına başlanılmış “Şimal-Cənub” nəqliyyat-kommunikasiya dəhlizi və 1993- cü ildən həyata keçirilməyə başlanan Böyük İpək Yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasının mərkəzində Azərbaycan dayanır. Azərbaycan Prezidenti son bir həftədə həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat-kommunikasiya, enerji layihələri, Xəzər-Qara dəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik layihələri, iqtisadi ticarət əlaqələri və.s onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib. Onun maraqları bölgə ölkələrinin və bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir. Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. Bütün bu məsələlərdə Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşdirilməsində Azərbaycan həlledici rola malikdir. Çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvvəl region ölkələrinin iradəsinə sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərib. Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir. Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına həm maliyyə, həm də beynəlxalq dəstəkləri qazana bildi”. Əli Həsənov deyib ki, Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır: “Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi. Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları “Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, “Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan özü-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.

“L’Opinione”: “Bakı-Tbilisi-Qars dəmir yolu Qafqazda əməkdaşlıq dəhlizidir”
İtaliyanın “L’Opinione” qəzetində “Il Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu “Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri” başlıqlı məqalə dərc olunub. Yazıda yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində verdiyi töhfələrdən söz açılır. Yeni dəmir yolunun texniki göstəriciləri barədə danışan müəllif onun iqtisadi faydası ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətə malik olduğunu da bildirir. Tədqiqatçı Andrea Marçiliano Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək, bu infrastrukturun neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən digər irimiqyaslı layihələri birləşdirəcəyini, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini daha da artıracağını və bütün bunların Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu sübut etdiyini vurğulayır. Müəllif bu üç ölkə arasındakı münasibətlərin keçmiş SSRİ-nin süqut etməsindən sonra dünyanın ən zəngin bölgələrindən biri olan Qafqaz regionunda baş qaldıran və regionun inkişafını ləngidən millətçilik, gərginlik və separatçılıq kimi problemlərin həlli üçün açar rolunu oynadığını bildirərək, Bakı-Tbilisi-Qars dəmiryolunun da regionda sülh, sabitlik və firavanlığın bərpa olunması istiqamətində yeni geosiyasi ox olduğunu qeyd edir. Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında məlumat verilərək bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan ərazisinə qədər uzanan dəmir yolu fəaliyyətini dayandırdıqdan sonra 1993-cü ildə ilk dəfə olaraq ideya kimi irəli sürülüb. Bu yolun tikintisi üçün yalnız 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tbilisidə keçirilmiş görüşü zamanı qərar verilib və onun həyata keçirilməsi üçün saziş imzalanıb. Yeni dəmir yolunun maliyyələşdirilməsi isə tam olaraq Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilib. Yazar Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif sahələrdə həyata keçirdikləri çoxsaylı təşəbbüs və layihələrlə birgə Qafqazda əməkdaşlıq dəhlizi adlandırır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə görə yeni dəmir yolundan kənarda qaldığını göstərən müəllif bu ölkənin sürətlə Avrasiya nəqliyyat qovşağına çevrilən regionda özünütəcridini gücləndirir. Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunun Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə də toxunaraq, bu xəttin Aralıq dənizindən Çin sərhədlərinə qədər uzanan ərazidə yerləşən bütün türk dövlətləri üçün yeni birgə üfüqlər açdığını qeyd edir, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli qənaət etməyə və nəticə olaraq dünyanın hazırda daha çox Sakit və Hind okeanları hövzəsində cəmləşmiş strateji diqqətinin Aralıq dənizi ölkələri, xüsusilə İtaliyaya qismən də olsa yönəlməsi üçün yeni perspektivlər açmağa imkan verəcəyini vurğulayır.

Valeri Korovin: “Azərbaycan Tehran-Moskva əməkdaşlığının inkişafında xüsusi rola malikdir”
“Azərbaycan Tehran-Moskva əməkdaşlığının inkişafında xüsusi rola malikdir”. Bu sözləri “Pars Today” saytına müsahibəsində Rusiyada fəaliyyət göstərən Geopolitik Ekspertiza Mərkəzinin direktoru, politoloq Valeri Korovin deyib.
V.Korovin qeyd edib ki, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi məkan və Prezident İlham Əliyevin praqmatik siyasəti rəsmi Bakının regiondakı əhəmiyyətini artırıb. Rusiya, Azərbaycan və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirdikləri görüşü şərh edən politoloq diqqətə çatdırıb ki, Rusiya Yaxın Şərqdə fəal siyasət aparır və bunun üçün İran ilə əməkdaşlıq vacibdir. İran ilə Rusiyanın həm siyasi, həm də iqtisadi əlaqələrinin inkişafında Azərbaycan əhəmiyyətli siyasi amil kimi çıxış edir.
Anar
Nigar




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Qar yağacaq, yollar buz bağlayacaq - xəbərdarlıq
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info