Texasda kilsədə qətliam törədənin şəxsiyyəti müəyyənləşib
Tarix: 06.11.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın Texas ştatında yerləşən Sazerlend-Sprinqs şəhərindəki baptist kilsəsinə hücum nəticəsində həyatını itirənlər arasında hamilə qadın və onun üç uşağı da var. “Daily Mirror” qəzeti xəbər verir ki, hamiləliyin səkkizinci ayındakı qadın və onun 5 övladından 3-ü atəş açılan zaman kilsədə olub. Onlar anaları ilə birlikdə cinayətkarın gülləsinə tuş gəliblər. Xatırladaq ki, noyabrın 5-də bir nəfər silahlı şəxs avtomatik tüfənglə babtist kilsəsindəki insanlara atəş açıb. İnsident nəticəsində 26 nəfər həlak olub. Onlardan 23-nün cəsədi kilsə binasında, 2-sinin cəsədi isə həyətdə aşkarlanıb. Bir nəfər xəstəxanaya aparılan zaman yolda ölüb. Yerli hökumət həlak olanların sayının artacağını ehtimal edir. Hadisə nəticəsində ölən insanlardan ən böyüyünün 72 yaşı, ən kiçiyinin isə 5 yaşı olub. Qətlə yetirilənlər arasında kilsə pastorunun qızı da var. Kilsəyə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Avropaya keçən miqrantların sayı 50 min nəfəri ötüb
14.07.2018
Los-Ancelesdə avtobus qəzasında 25 nəfər xəsarət alıb
12.07.2018
Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb
11.07.2018
Əfqanıstanda kamikadze partlayış törədib, azı 12 nəfər ölüb
09.07.2018
Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9650

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info