Səudiyyə Ərəbistanında nə baş verir?
Tarix: 07.11.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Hədəf İrandır: Rusiyanın geosiyasi hədəflərini reallaşdırma siyasəti, Türkiyənin bölgədə həyata keçirilməsi nəzərdə tutulan planlara qarşı dirənməsi, Qətərlə bağlı vəziyyət proseslərin alt qatını təşkil edir

Səudiyyə Ərəbistanında şahzadələrin, bir neçə sabiq və fəaliyyətdə olan nazirlərin həbs edilməsi dünya mətbuatının gündəmindədir. Kral ailəsinin üzvləri arasından həbs olunanların sayı artıq 30-a çatıb. Onların arasında 11 şahzadə və 4 nazir də var. “Əl-Həyat” kanalı bildirib ki, Kral Salman noyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb. Həbs olunanlar arasında Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin Ərəbistanın ən varlı adamı Valid bin Təlal bin Əbduləziz kimi tanınmış şahzadə və digər məşhur şəxslər də var. Kral Salman Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki Kralın oğlu Mutəəb bin Abdullah bin Əbudləzizi də vəzifəsindən kənarlaşdırıb. Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunurlar. Ölkəni tərk etmək cəhdlərinin qarşısının alınması üçün Səudiyyə Ərəbistanının hava limanlarında nəzarət gücləndirilib. Məlumatlara görə, həmin şəxslər ölkədən qanunsuz yollarla külli miqdarda valyuta çıxarıb, Səudiyyə Ərəbistanı ilə başqa dövlətlərin imzaladığı müqavilələrə əsasən alınan malların dəyərini həddən artıq yüksək göstərib və çirkli pulların yuyulmasında iştirak ediblər. Bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında baş verənləri dünya bazarında neftin qiymətinin düşməsindən sonra kralın ölkə iqtisadiyyatında dəyişiklik etməyə çalışması, digərləri isə saray çəkişmələri kimi qiymətləndirirlər. Son bir neçə gün ərzində baş verənlər bununla kifayətlənmir. Belə ki, Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb. Helikopterdə bir şahzadə və yüksək rütbəli dövlət məmurları olub. Helikopterdəkilərin hamısının həlak olduğu bildirilir. Daha sonra ölkəyə ballistik raket atılması ilə bağlı xəbər yayıldı. “Əl Ərəbiyə” kanalı bildirir ki, Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Məlumata görə, raket Yəməndən atılıb. Bundan əvvəl “Əl Mayəddin” telekanalı bildirmişdi ki, Yəmən ordusunun raket birləşmələri Livanın Kral Xalid adına beynəlxalq aeroportuna uğurlu zərbə endirib. “Biz növbəti dəfə sübuta yetirdik ki, düşmənlərimizin paytaxtları heç də raketlərimizdən qorunmayıb”, - deyə Yəməndə hərəkatlardan birinin rəhbəri Məhəmməd Abid Əs Salam “Twitter” hesabında bildirib. Bundan dərhal sonra ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib. Səudiyyə Ərəbistanı tərəfi dünən bəyan edib ki, Yəməndən raket atışını İran təşkil edib. Ər-Riyad İranın zərbələrinə qarşı özünümüdafiə hüquq olduğunu elan edib. “Koalisiya komandanlığı hesab edir ki, bu raket atışı İran tərəfindən həyata keçirilən hərbi aktdır və gələcəkdə Krallığa qarşı müharibə elanı kimi dəyərləndirilə bilər. Səudiyyə Ərəbistanı BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən öz ərazisini və xalqını qorumaq hüququna malikdir” - deyə yayılan bəyanatda qeyd edilir. Koalisiya Yəməndə olan bütün yer, hava və dəniz limanlarının bağlı olduğunu da elan edib. Əslində Səudiyyə Ərəbistanında baş verənlər bölgə ilə bağlı böyük siyasi oyunun konturlarının üzə çıxan hissəsidir. Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, kralın oğlu bir neçə gün əvvəl bəyan etdi ki, ölkəsi bundan sonra “mülayim islama” keçid edəcək. Bundan sonra proseslər bir-birinin ardınca baş verməyə başlayıb. Livan baş naziri Həririnin Ər-Riyadda keçirdiyi mətbuat konfransında İranı kəskin tənqid edərək vəzifəsindən istefa etdiyini elan etməsi prosesin əhatə dairəsinin geniş olduğunu göstərir. İstefa bəyanatının ölkəsində deyil, Səudiyyədə səslənməsindən bir neçə saat sonra şahzadələrin həbsinə start verilib. Politoloqlar qeyd edir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Pentaqonun bundan sonrakı hədəfi İrandır. İngiltərə ilə Çin arasında əlaqə yaradan İpək Yolu layihəsinin reallaşması istiqamətində atılan addımlar, Rusiyanın geosiyasi hədəflərini reallaşdırma yönündəki siyasəti, Türkiyənin terror qarşı dirənərək bölgədə həyata keçirilməsi nəzərdə tutulan çirkli planlara qarşı mübarizəsi və Qətərlə bağlı son vəziyyət Səudiyyə Ərəbistanında baş verən proseslərin alt qatını təşkil edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
ABŞ-lı millət vəkillərinin Kəşmirlə bağlı çağırışı
18.09.2019
Özbəkistanda azad iqtisadi zona yaradılır
18.09.2019
Böyük Britaniya parlamentariləri YPG / PKK terrorçuları ilə görüşdülər
18.09.2019
Gürcüstanda respondentlərin 78 faizi ölkənin Aİ-na, 71 faizi NATO-ya üzvlüyünü dəstəkləyir
17.09.2019
Prezident Əşrəf Qaninin mitinqinəǝ hücum ǝtəşkil edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info