“Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün ən əlverişli üsul mütaliədir”
Tarix: 07.11.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Müsahibimiz Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanovadır.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən, İmanova Günay Fuad qızı 1994-cü ildə İmişli şəhərində anadan olmuşam. Orta təhsilimi 2000-2011-ci illərdə İmişli şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə almışam. 2011-ci ildə Odlar Yurdu Universitetinə qəbul olmuşam və 2015-ci ildə universiteti Fərqlənmə diplomu ilə bitirmişəm. Həmin il təhsilimi Odlar Yurdu Universitetində magistratura pilləsində davam etdirmişəm və 2017-ci ildə fərqlənmə ilə bitirmişəm. 2013-cü ildən Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini vəzifəsində çalışıram. 2014-2017-ci illərdə Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişəm. 2017-ci ildən universitetin mətbuat xidmətinin rəhbəri işləyirəm.
- Hazırda Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbərisiniz. Məsuliyyətli işdirmi? Universitet rəhbərliyi işinizi bəyənirmi?
- Əlbəttə, məsuliyyətli işdir və burada çalışmaq mənim üçün qürurvericidir. Bu, mənim həyatımda ən uğurlu bir addım oldu. Gənc yaşında belə nailiyyət böyük uğurdur. Odlar Yurdu Universitetində işlədiyim, xüsusən də Əhməd Vəliyev kimi bir rektorun rəhbərliyi altında çalışdığım üçün özümü çox xoşbəxt bir gənc hesab edirəm. Əhməd müəllimin bir ziyalı kimi gözəl xüsusiyyətləri çoxdur. Amma mənə görə ən dəyərli xüsusiyyəti odur ki, o, çox sədaqətli və elmə, təhsilə, universitetə hədsiz bağlı insandır. Əhməd müəllimin bu universitet üçün etdikləri, tələbələrə qarşı olan münasibəti, məncə, əsl ziyalılıq nümunəsidir. Bütün həyatı və fəaliyyəti ilə Azərbaycan xalqının adına şərəf gətirən biridir, ömrü boyu insanların qəlbində humanizm, mərhəmət, xeyirxahlıq işığı yandırıb. Bilirsiz bütün bunları niyə sadaladım? Çünki hər bir kollektivin uğurunun təməlində onun rəhbəri durur. Rəhbər uğurlu şəxs, sadə ziyalı biri olsa, kollektiv də tez və çox uğur qazanar. Məhz yuxarıda sadaladığım xüsusiyyətlərinə görə o, bütün universitetin sevimli rektoru ola bilib və düşünürəm ki, mənim də qısa müddətdə icra etdiyim vəzifəmdən, işimdən razıdır.
-Bəs Odlar Yurdu Universitetindəki təhsil, tədrisin səviyyəsi, ümumilikdə müh
it sizi qane edirmi?

- Öncə onu deyim ki, Odlar Yurdu Universiteti 1995-ci ildə yaranıb və Nazirlər Kabineti yanında yaradılmış Dövlət Ali Ekspert komissiyasının (DAEK) 10.11.1995-ci il tarixli müsbət rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatına alınıb. Yarandığı gündən etibarən, universitet gənc dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamağı əsas vəzifə kimi qarşıya məqsəd qoymuşdu. Universitetdə tədris prosesini yüksək səviyyədə qurmaq üçün bu işə müxtəlif dövrlərdə yüksəkixtisaslı tanınmış alimlər, təcrübəli pedaqoqlar cəlb edilib. Onlardan 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 19 nəfəri elmlər doktoru və professordur və 125 nəfər elmlər namizədi və ya fəlsəfə doktoru, dosent, baş müəllim var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı və ümumdünya təhsil sisteminə inteqrasiya olunması yolunda tövsiyələrinə əməl edən Odlar Yurdu Universiteti yarandığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməyə çalışıb. Bu istiqamətdə universitet Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə, İspaniya, Latviya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Türkiyə, Kipr və Rusiyanın aparıcı ali təhsil müəssisələri ilə bir sıra mühüm əməkdaşlıq müqaviləsi imzalayıb. ABŞ, Avropa, Türkiyə və Gürcüstan universitetləri ilə birgə BBA və MBA proqramları (Biznesin idarə olunması üzrə bakalavr və magistr proqramları) həyata keçirilir. Almaniyanın Zigen Universiteti ilə birgə bir neçə ixtisas üzrə kadr hazırlığı aparılır. 2003-cü ilin sentyabr ayından etibarən isə Zigen Universitetinin hərtərəfli dəstəyi ilə Regional Alman Dili Mərkəzi fəaliyyətə başlayıb.
- Əməkdaşlıq etdiyiniz xarici universitetləri sadaladınız. Son illərdə bu universitetlərdə-xaricdə təhsil alan gənclərimizin sayı xeyli artıb. Bunu necə dəyərləndirərdiniz?
-Bu gün Azərbaycanda gənclərin ən çox müraciət etdiyi sahə xaricdə təhsil proqramlarıdır. Xaricdə təhsil almaq, demək olar ki, hər bir gəncin istəyi, arzusudur. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək və özlərini inkişaf etdirmək istəyindən irəli gəlir. Ümumilikdə bu gün xaricdə təhsil almaq istəyənlərin əsasını gənclər təşkil edir. Bu gün Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, gənclərdə dünyagörüşünün formalaşması üçün xaricdə təhsil vacib məsələlərdən biridir. Bu baxımdan, gənclərlə bərabər, dövlət bu kimi məsələləri nəzərə alaraq, gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra Azərbaycanda işlə təmin olunması üçün şərait yaratdı. Mən də istərdim ki, xaricdə qısa və uzunmüddətli təcrübə proqramlarında iştirak edim və orada qazandıqlarımı öz ölkəmdə tətbiq edim.
-Azərbaycan gəncliyinin indiki durumunu necə xarakterizə edərdiniz? Ümumiyyətlə, tələbələrimizin aktivliyi haqqında da danışardınız.
-Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Azərbaycan gənci də daim böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurub. Bu gün böyük iftixar hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Gənclərimiz fəxr edirlər ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olub, geniş beynəlxalq müqavilələr sisteminə qoşulub, nüfuzlu beynəlxalq təşkilatların üzvü olub, beynəlxalq aləmdə özünün demokratik, hüquqi dövlət imicini tam formalaşdırıb.
Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün ən əlverişli üsul mütaliədir. Mütaliə yeniyetmə və gənclərin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitab hər kəsin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır. Bu gün ölkəmizdə gənc¬lər onlara göstərilən dövlət qayğısını bütün sahələrdə olduğu kimi, asudə vaxtlarının səmərəli təşkilində də hiss edirlər. Gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Bu layihələr çərçivəsində həm gənclərin təbiət qoynunda mənalı istirahəti təşkil olunur, həm də onların digər gənclərlə sağlam ünsiyyəti yaranır, yeniyetmə və gənclərdə sərbəst düşünmək, özünə güvənmək və faydalı davranışlar formalaşır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info