Bakı Metrosunda 51 yeni stansiya inşa ediləcək
Tarix: 07.11.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.
Prezident İlham Əliyev retro vaqonlarla tanış olub. Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına retro vaqonlar barədə məlumat verib. Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib. Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb. Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib. Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub. Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzləyib. Retro vaqonlarla tanış olan Prezident 50 illik yubileyi münasibətilə Bakı Metropoliteninin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.

****
Metro işçiləri təltif edilib
Prezident Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə bir qrup metropolitençinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən bir nəfər “Şöhrət” ordeni, 27 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 3 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Həmçinin Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə 3 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
18.09.2020
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik
18.09.2020
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
18.09.2020
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info