Aqolli karyerasını Albaniyada bitirmək istəyir
Tarix: 07.11.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Kristian Panuççi məni milliyə çağırdı və inamını nümayiş etdirdi. Ona görə mən bu gün millinin əsas üzvlərindən biriyəm”. Bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Albaniyanın “Supersport” telekanalında yayımlanan “Zona Qol” verilişinə danışan 35 yaşlı futbolçu yığmasının Türkiyə ilə qarşıdakı yoldaşlıq oyununa çağırılmamasının səbəbini də açıqlayıb: “Baş məşqçinin Albaniya ilə bağlı uzunmüddətli layihəsi var. O, millidə oynatmaq üçün çox futbolçu olduğunu sübut etməyə çalışır. Yoldaşlıq oyunu olduğundan bu toplanışda iştirak etmirəm”.
Aqolli milli karyerasını bitirmək barədə hələ düşünmədiyini bildirib: “Millidən ayrılmaq? Hələ heç nə deyə bilmərəm. Çünki futbolda proqnoz vermək çox çətindir. Hətta bundan sonra nə qədər oynayacağımı da bilmirəm. Düşünürəm ki, milli komanda ilə uğur qazanmışam. Yığmanın kapitanıyam və Avropa çempionatında oynamışam. Bu mənada hələlik millidən ayrılmağım mümkün deyil”.

Aqolli “Qarabağ”dakı uğurlarından da danışıb: “Çempionlar Liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü Çempionlar Liqasında görmək məni xoşbəxt edir”.

Adı ölkəsinin “Skenderbeu” klubu ilə hallanan müdafiəçi hələlik “Qarabağ”da qalmaq istədiyini vurğulayıb. Ancaq o, futbolçu kimi nə vaxtsa sabiq klubuna qayıdacağını da istisna etməyib:
“Mənim “Qarabağ”la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Xoşbəxtlikdən karyeram əzində nəyi istəmişəmsə, nail olmuşam. Buna baxmayaraq, futbolda son bir arzum qalıb. Karyeramı “Tirana” ilə daha bir çempionluq qazandıqdan sonra bitirmək istəyirəm. Tiranada gözəl günlər keçirmişəm. Bu komandaya mənim xüsusi hislərim var”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20.10.2019
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info