Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
Tarix: 07.11.2017 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Mənzil-Kommunal İstismar sahələrinin, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə müşavırə keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra başçısı Eldar Əzizov dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illər ərzində rayonda xeyli işlərin görüldüyünü və bir sıra layihələrin həyata keçirildiyini deyib. Bildirib ki, əsaslı təmir olunan və yenidən qurulan 162 və 239 nömrəli orta məktəblərin binaları Bilik Günü ərəfəsində istifadəyə verilib, ötən həftə 20-ci yaşayış sahəsində paytaxtımız üçün yeni olan müasir idman-istirahət parkının açılışı olub. Hazırda Bayılda 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılacaq. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq.
Bütün bu işlərin sakinlər tərəfindən böyük razılıqla qarşılandığını vurğulayan E.Əzizov qeyd edib ki, rayonda baş verən mənfi halların, o cümlədən qanunsuz torpaq zəbtinin və burada tikinti işlərinin aparılmasının qarşısı, demək olar, tam şəkildə alınıb.
İcra başçısı bildirib ki, bununla belə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların saxta sənədlər əsasında torpaq satışına cəhd etmələri müəyyən olunub və hazırda araşdırmalar davam edir. Bu qanunsuz əməllərin icraçılarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq.
Həmçinin müşavirədə rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxslərə ciddi xəbərdarlıq olunub.
Müşavirədə, həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və s. məsələlər müzakirə edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info