Vaqon və konteynerlərin daşınma imkanları müzakirə edilir
Tarix: 07.11.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırması müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.
Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri müavini İqbal Hüseynov, "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edir.
Tədbirdə "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması", "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması" və digər məsələlər müzakirə edilir.
İki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info