Bakı-Tbilisi-Qars dəmiryolu xətti yeni bir enerji dəhlizi də yaradacaq
Tarix: 07.11.2017 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə bu ölkəyə səfər edib. Səfər çərçivəsində bu gün iki ölkə nazirlərinin iştirakı ilə görüş keçirilib. P. Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə etdiyini diqqətə çatdırıb və dəvətə görə həmkarına təşəkkürünü bildirib. Bunu Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında daha bir qırılmaz bağ olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı, eləcə də iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının VI toplantısının ardınca keçirilən bu görüş enerji əməkdaşlığı üzrə yaranan yeni imkanları müzakirə etmək üçün faydalıdır.
Tarixi İpək Yolunu yenidən bərpa edərək Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ölkələrimizin iqtisadi inkişafına, tranzit potensialının genişlənməsinə, türkdilli ölkələrin birliyinə xidmət göstərməklə yanaşı, yeni bir enerji dəhlizi də yaradacaq.
Görüşdə Azərbaycanın zəngin enerji resurslarını alternativ marşrutlarla dünya bazarlarına çatdırılmasında Türkiyə ilə birgə həyata keçirilən enerji siyasətinə nəzər yetirilib. Azərbaycan-Türkiyə əməkdaşlığının töhfələri olan "Əsrin müqaviləsi", "Şahdəniz" qaz yatağı layihəsi, Bakı-Tbilisi- Ceyhan kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihələrinin ölkələrimizə qazandırdığı nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, TANAP üzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. Görüşdə həmçinin "Cənub Qaz Dəhlizi"nin genişləndirmə perspektivləri, Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərin işin gedişatına müsbət təsirləri ətrafında da müzakirələr aparılıb.
Müzakirələr iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığı, eləcə də "Petkim", STAR neft-kimya layihələri, yatırılan investisiyalar və belə layihələrin ölkələrimiz arasında ticarət dövriyyəsinə təsiri kimi məsələləri də əhatə edib.
Görüşdə dünya enerji bazarında son vəziyyət ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
17.09.2020
Son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb
17.09.2020
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb
17.09.2020
Qəbələyə çəkilən dəmir yolu xətti ilin sonunadək işə düşə bilər -VIDEO
17.09.2020
Ağcabədidə Pambıq İstehsalı Emalı Zavodu yenidənqurmadan sonra istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info