23 yaşlı azərbaycanlı İsveçdə yüksək vəzifəyə təyin olunub
Tarix: 07.11.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Daha bir həmvətənimiz Avropada dövlət qulluğunda yüksək vəzifəyə təyin olunub. Bu, 23 yaşlı İsveç doğumlu azərbaycanlı gənc xanım Aida Kiani İsveçdə yüksək vəzifəyə təyin olunub. İsveçin Malmö şəhər meriyasına təyinat alan Aida haqqında Malmö kommunasının mətbuat xidməti özəl reportaj hazırlayıb. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Jurnalist Aidə Kianıni başladığı iş haqqında soruşub və ona meriyadakı fəaliyyətində uğurlar arzulayıb. Aidə Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub. Qeyd edək ki, Aidə Kianı Avropanın tanınmış Azərbaycan diaspor və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır. Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin bu ilki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb. Bu ilin oktyabr ayından etibarən isə şəhər meriyasında hökumət seçkiləri üzrə Malmö şəhərinin baş koordinatoru kimi yüksək vəzifəyə təyin olunub. İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, İsveç, ingilis və Danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələr üzərində işləməkdir. Aida Kianiyə işlərində uğurlar diləyib ona İsveçin sosial və siyasi həyatında böyük uğurlar qazanmasını diləyirik.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info