Erməni mətbuatı: Regionda Ermənistan adlı dövlət sanki yoxdur
Tarix: 07.11.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyəti düşdüyü ağır iqtisadi və siyasi vəziyyətdən çıxış yolu axtarsa da tapa bilmir. Bu ölkənin mətbuatı isə hakimiyyəti məğlubiyyətini etiraf etməyə çağırır.
Ermənistan mətbuatını nəzərdən keçirdikdə görürük ki, son vaxtlar regionda baş verən proseslər bu ölkədə diqqətlə izlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, bunun ardınca isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində aparılan işlərin müzakirəsi Ermənistanda növbəti vahimə dalğasının yaranmasına səbəb olub.
“Armtimes” saytı yazır ki, regionda həyata keçirilən beynəlxalq xarakterli və səmərəli nəqliyyat layihələrində Ermənistanın iştirak edə bilməməsi problemin bir tərəfidir. Problemin digər tərəfi isə daha təhlükəlidir. Sayt çox düzgün olaraq qeyd edir ki, Yerevanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi artıq tamamilə öz əhəmiyyətini itirib.
İran-Ermənistan dəmir yolunun çəkilişi ideyası birdəfəlik dəfn olundu. Çünki İran Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini əsas götürdü və bu dəhlizin onurğa sütununu təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna maliyyə ayırıb və işlərin 80 faizindən çoxu həyata keçirilib.
Avtomobil yoluna gəldikdə isə qeyd etməliyik ki, Ermənistanın bu layihəsi də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Bu yolun çəkilişi üçün Ermənistan dövlət büdcəsindən 1 milyard dollar ayrılıb. Uzunluğu 500 kilometr olan yol Ermənistanın cənubi ilə şimalını, yəni, İranla sərhəddə yerləşən Meğri şəhəri ilə Gürcüstanın Poti limanını birləşdirməli idi. Bu yolun inşasına 2011-ci ildə başlanılıb və ötən 6 ildə sadəcə olaraq 50 kilometri çəkilib. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, rəsmi Yerevan bu yolla “Şimal-Cənub” dəhlizinə qoşulmağı və Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı. Bundan başqa, Ermənistan gələcəkdə Meğri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin əks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı və ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistana avtomobil yolu çəkib onu Meğri-Poti magistralına birləşdirmək marağını itirdi. Bakı-Tbilisi-Qars dəmir yolu isə Gürcüstanın adıçəkilən magistrala diqqət ayırmamasına səbəb oldu. Aydın olur ki, Ermənistanın Meğri-Poti avtomobil yolunu yekunlaşdırması böyük sual altındadır. Yekunlaşdırsa belə bu yolla yalnız Ermənistanın cənub rayonlarının əhalisinin şimal rayonlarına gedişini təmin etmək olar.
Beləliklə, Ermənistanın layihələri nəinki kağız üzərində qaldı, eyni zamanda, avtomobil yoluna yatırılan sərmayəsi də puç oldu.
“Armtimes” saytı yazır ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında əməkdaşlıq əlaqələri mövcuddur və beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirilir. Ermənistan isə heç bir formatda yoxdur. Çünki Ermənistan regionda müstəqil siyasət apara bilmir. Regionda Ermənistan adlı dövlət sanki yoxdur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info