Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır
Tarix: 07.11.2017 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors) Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz ilə görüşüb. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlığın mövcud ola biləcək istiqamətləri müzakirə olunub. Görüş zamanı Mayk Dubouz BANM-in fəaliyyəti ilə yaxından tanış olub və onun əldə etdiyi uğurları yüksək qiymətləndirib.
1940-cı ildən bəri bütün dünyada neft-qaz çıxarma sənayəsini təmsil edən Assosiasiya bu ildən etibarən SOCAR AQŞ-nin dəstəyi ilə Azərbaycanda da fəaliyyət göstərəcək. Bu münasibətlə Bakıda Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının Xəzər regionu üzrə açılış mərasimi keçirilib. Tədbirdə çıxışı zamanı cənab Mayk BANM-in adını bir neçə dəfə vurğulayaraq onun fəaliyyəti və rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. BANM-dən mərasimə Neft-qaz texnologiyaları üzrə magistr təhsili alan Rüfət Məhərrəmov qatılıb. Qeyd edək ki, o həmin assosiasiyanın Xəzər regionu üzrə prezidentinin katib-xəzinədarı təyin olunub.
Assosiasiyanın əsas məqsədi bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaq, eyni zamanda gənclərin bu sahədə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar, elektron materiallar, yeniliklər, təcrübə proqramları ilə biliklərinin artırılmasıdır.
Qeyd edək ki Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının baş ofisi Amerikanın Hyuston şəhərində, regional ofis isə Dubayda yerləşir. BANM təşkilatın regionda ilk və hələlik yeganə əməkdaşlıq edəcəyi ali məktəbdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info