Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü qeyd olunub
Tarix: 07.11.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, torpaqlarımızın işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz, avantürist liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. Belə bir vaxtda insanların şüurunda və qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu çətin dövrdə Heydər Əliyevə üz tutdu, ölkənin nicatı naminə onun yenidən hakimiyyətə qaydışını istədi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tovuz şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunmuş partiyanın keçdiyi şərəfli yoldan, ötən 25 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışıb.
Sonra YAP rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirib ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsinin, respublikamızın iqtisadi yüksəlişinin təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və inamını nümayiş etdirib. Xalqımız bu siyasətin bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Tədbirdə üzvlərinin sayı 7 min nəfərə çatan YAP Tovuz rayon təşkilatının fəaliyyətindən, gördüyü işlərdə də söhbət açılıb.
Sonda partiyanın rayonun ictimai-siyasi həyatında fərqlənən üzvləri rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Partiyaya yeni daxil olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
İlham Əliyev: “Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə uğurla inkişaf edir”
18.07.2018
İtaliya şirkətinin tikdiyi zavodun açılışı olub
18.07.2018
Sercio Mattarella: “İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir”
18.07.2018
Altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib
18.07.2018
Qaxda yay düşərgəsi təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9650

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info