“Xaricdə yaşayan peşəkar idmançılarımız üçün yarışlar təşkil etmək fikrimiz var”
Tarix: 08.11.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
Hafiz Baxşəliyev: “İnanıram ki, idmançılarımız bir-birləri ilə ünsiyyət qurarlarsa, daha böyük arenalarda iştirak etmək şansı olacaq”

Xaricdəki eyni peşə sahibləri olan soydaşlarımızın bir araya gəlməsi və ictimai təşkilat səviyyəsində birləşməsi milli diasporun fəaliyyətində yeni istiqamətdir. Belə olan halda, soydaşlarımız həmrəylik və Azərbaycanın təbliği işində daha çevik işlər görə bilərlər. Hələlik bu istiqamətdə ilk addımı kikboks üzrə dünya çempionu Hafiz Baxşəliyev atıb. Belə ki, həmvətənimiz bu yaxınlarda İngiltərədə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradıb. Qeyd edək ki, Hafiz Baxşəliyev 1980-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Kikboks yığma komandasının üzvü olan soydaşımız beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. 7 dəfə Azərbaycan, 3 dəfə Dünya və Avropa çempionu olub. 2009-cu ildən Böyük Britaniyada yaşayır. Londonda “Qafqaz” idman klubunu rəhbəridir.
-Necə oldu ki, belə bir təşkilat yaratmaq qərarına gəldiniz?
-Bu yaxınlarda belə bir ideya irəli sürüldü. Biz də bu gözəl təklifi dəyərləndirib Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaratdıq. Məsləhət gördülər ki, birliyin sədri mən olum.
-Təşkilatın məqsəd və vəzifələri nədən ibarətdir?
-Məqsədimiz Azərbaycandan kənarda idman sahəsində fəaliyyət göstərən soydaşlarımızla sıx əlaqə qurmaq və bir-birimizə dəstək olmaqdır. Əsas məqsədlərimizdən biri də xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda Azərbaycan idmançılarını yaxından dəstəkləməkdir.
- İdarə heyətində kimlər təmsil olunur?
-Biz daha yaranma ərəfəsində olduğumuz üçün idarə heyətini tam təyin etməmişik, amma, hələ ki, üç nəfər təmsil olunuruq. Mən, jurnalist Elnur Eltürk və boksçu Zaur Teymurov.
-İngiltərədə azərbaycanlı idmançıların bir araya gəlməsində bu təşkilatın nə kimi rolu olacaq?
-Yəqin ki, quruma xeyli həmvətənimiz üzv olacaq. Dəqiq sayını deyə bilmərəm, amma hazırda yarışlarda iştirak edənlərlə yanaşı, veteran və yeniyetmə idmançılarımız da var. Təşkilatımıza həm aktiv, həm də yeniyetmə, gənc, veteran idmançılarla yanaşı, idmandan uzaqlaşmış məşqçi, hakim, idmançı və idmanda fəaliyyəti olan hər kəsi cəlb edirik. Sıralarımız gündən-günə genişlənir. Xaricdə olan idmançılar yarışlara çıxarkən bizi də məlumatlandırırlar. İnanıram ki, idmançılarımız bir-birləri ilə ünsiyyət qurarlarsa, daha böyük arenalarda iştirak etmək şansı olacaq.
-İngiltərədə yeni nəsil idmançılar yetişdirə bilirsizmi?
-Hal-hazırda İngiltərədə bir neçə perspektivli yeniyetmə və gənc azərbaycanlı idmançı yetişir. Misal üçün, boks, cüdo, kung-fu, hətta şahmatçımız da var.
-Təşkilat olaraq perspektiv planlarınız nədən ibarətdir?
-Gələcəkdə imkanlarımız genişləndikdən sonra xaricdə yaşayan peşəkar idmançılarımız üçün yarışlar da təşkil etmək fikrimiz var.
Təşkilat olaraq çalışacağıq ki, azərbaycanlı idmançılar bizi dünyanın ən böyük arenalarında təmsil etsinlər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
“Müstəqillik tariximizlə bir daha qürur duyduq”
17.01.2018
Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
11.01.2018
“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info