Prezident təqaüdçüsü: “İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm”
Tarix: 08.11.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
Müsahibimiz Bakı Ali Neft Məktəbinin tələbəsi Vahab Cəbrayılovdur.
-İlk olaraq bilmək istərdik ki, ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov kimdir?
- Mən Vahab Cəbrayılov 17 fevral 2000-ci ildə İsmayıllıda anadan olmuşam. Orta təhsilimi İsmayıllının Lahıc qəsəbəsində almışam. 2015-ci il Respublika fənn olimpiadalarında Riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən “Təhsildə nailiyyətlərə görə” qızıl medalına layiq görülmüşəm.
- Həyatda fəxr etdiyin ən böyük uğurun nədir?
- Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.
- Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?
- Bakı Ali Neft Məktəbini sadəcə yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da ali məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm. Elə dərslərin ilk günlərindən də hiss etdim ki seçimimdə düzgün qərar vermişəm.
- BANM-i bitirdikdən sonra özünüzü harada görürsünüz və niyə məhz həmin yerdə?
- Bakı Ali Neft Məktəbini bitirdikdən sonra özümü ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi kimi görməyi arzu edirəm və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.
- Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?
- Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.
- Sizi həyatda ən çox motivasiya edən nədir?
- Məni ən çox motivasiya edən, ilk növbədə ətrafımda olan insanlara faydalı ola bilmək fikridir. Həm ailəmə, həm dostlarıma və həm də ölkəmə yararlı ola bilmək mənim üçün çox önəmlidir.
-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətiniz nə olardı?
- Ali məktəblərə qəbul olmaq arzusunda olan gənclərə əsas məsləhətim ondan ibarətdir ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, özlərini vətənimizə və millətimizə yararlı, xeyirli bir mütəxəssis kimi yetişdirə bilmək üçün daim öz üzərlərində çalışsınlar.
Seçim qarşısında olan tələbəri isə maraq dairələrində olan bir ixtisası hədəf seçib bu istiqamətdə düzgün addım atmağa səsləyirəm. Məsələn, əgər siz əsl mühəndis olmağı arzulayırsınızsa, o zaman ən doğru seçiminiz Bakı Ali Neft Məktəbi olardı.

Nigar






 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
11.01.2018
“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
11.01.2018
Mehtiyev Qasimi: “Nəhayət, mən də Pifaqor teoremi haqqında yeni bir fikir söyləyə bildim”
10.01.2018
“Аqrаr sаhədə fаsiləsiz iqtisаdi аrtım təmin еdiləcək”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info