“Sərhəd” sənədli filminin təqdimatı olub
Tarix: 10.11.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “Sərhəd” sənədli filminin təqdimat mərasimi keçirilib.
“Sərhəd sənədli filminin çəkilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.
Təqdimat mərasimində Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, həmçinin QHT rəhbərləri, ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“SƏRHƏD” sənədli filmi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edilir. Filmdə vurğulanır ki, faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın kriminal hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsinə əmr verməklə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirir. “SƏRHƏD” sənədli filmində 4 iyul 2017-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətl edilmiş 18 aylıq Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonunun Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin ildə Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyunçaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışırlar.
Bundan əlavə, sənədli filmdə işğalçı Ermənistanın hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunur. Tədbirin aparıcısı Telman Qasımovun təklifi ilə təqdimat mərasiminin iştirakçıları faşizmin və terrorun qurbanları olmuş bütün uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sükutdan sonra Telman Qasımov bildirdi ki, “SƏRHƏD” sənədli filmi faşist erməni rejimi tərəfindən qətl edilmiş azərbaycanlı uşaqların timsalında bütün dünyada insanlıq əleyhinə cinayətlərin qurbanları olmuş körpələrin xatirəsinə ithaf olunur.
“SƏRHƏD” sənədli filminin çəkilməsi layihəsinin rəhbəri Büllur Məmmədova vurğuladı ki, ictimaiyyətə təqdim olunan bu film beynəlxalq təşkilatların körpələrin vəhşicəsinə qətlə yetirilməsinə biganə və laqeyd münasibətlərinə açıq etirazdır.
Onun sözlərinə görə, “SƏRHƏD” sənədli filminin rus və ingilis dillərində versiyaları artıq hazırdır. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi bu filmin beynəlxalq təşkilatlara və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə çatdırılması üçün geniş fəaliyyət həyata keçirir” deyən layihə rəhbəri bildirdi ki, dünya birliyinin sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi bu cür cinayətləri davam etdirir və, təəssüf ki, davam etdirəcəkdir.
Bundan sonra “SƏRHƏD” sənədli filmi ictimaiyyətə təqdim olundu.
Ssenari müəllifi və rejissor Etibar Məmmədov bildirdi ki, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, “SƏRHƏD” sənədli filmi ilə əlaqədar çəkilişlər aparmaq, erməni hərbçiləri tərəfindən bilərəkdən öldürülmüş körpə uşaqların valideynlərindən müsahibələr almaq mənəvi cəhətdən çox ağır idi. O, dedi ki, 18 aylıq Zəhra Quliyevanın qətli Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, hətta 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının davamıdır. “Bu siyasətin müəllifi dəyişməzdir və hər kəs onu tanıyır: Ermənistan və onun kriminal rejimi”. Tədbir “SƏRHƏD” sənədli filmi ətrafında geniş müzakirələrlə davam etdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18.11.2017
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib
18.11.2017
Yataq ağları həftədə neçə dəfə dəyişilməlidir?ALİMLƏRİN FİKRİ
18.11.2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
17.11.2017
“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info