Rusiyada əcnəbi media “xarici agent“ siyahısına salınır
Tarix: 10.11.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər
Rusiyada fəaliyyət göstərən başqa dövlətlərin media orqanları "xarici agent" siyahısına salınır. Bu barədə Dövlət Dumasında gərgin müzakirələr gedir. Əcnəbi KİV-lə yanaşı, xarici sosial şəbəkələrin də "xarici agent" siyahısına salınması təklif olunub. "Xarici KİV-in xarici agent kimi tanınmasının ardından deputatlar sosial şəbəkələrin də xarici agent hesab olunmalarına dair düzəlişlər hazırlaya bilər", - deyə hakim “Vahid Rusiya” Partiyasından bildirilib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dumanın fraksiya və komitə rəhbərləri ilə birgə iclas keçirib. İclasda rəsmi Vaşinqtonun “RT” telekanalının "xarici agent" kimi qeydiyyata alınması tələbinə cavab olaraq Rusiyada fəaliyyət göstərən ABŞ mediasına qarşı təcili sürətdə cavab tədbirlərinin görülməsi müzakirə olunub. Vahid Rusiya Partiyasından olan deputat Pyotr Tolstoy qanun layihəsinin yalnız ABŞ KİV-inə deyil, bütün xarici KİV-lərə aid olacağını söyləyib. Dumanın vitse-spikeri, kommunist İvan Melnikov iclasın yekunları ilə bağlı qeyd edib ki, deputatlar xarici KİV-in "xarici agent" siyahısına salınması ilə bağlı ya müstəqil qanun layihəsi hazırlayacaqlar, ya da mövcud qanuna dəyişkliklər ediləcək. Rusiya parlamentinin aşağı palatasının rəhbərliyindəki mənbənin RBK-ya bildirdiyinə görə, yeni qanun layihəsi və ya mövcud qanuna düzəlişlər artıq gələn həftə qəbul oluna bilər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Azərbaycanda multikulturalizm modeli
17.11.2017
“Birnəfərlik portallar” artıq anlayıblar ki, qara işlərinin, arzuolunmaz əməllərinin sonu yetişib”
17.11.2017
“Ermənistanda elm deyilən bir şey yoxdur”
16.11.2017
Erməni nazirdən etiraf: “Xarici investorlar sərmayəni ancaq sabit ölkələrə yatırırlar”
16.11.2017
Mariya Zaxarova: “Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info