Silsilə qətllər Yaponiyanı ayağa qaldırıb
Tarix: 10.11.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər
Yaponiya hökuməti Tokio yaxınlığındakı Zama şəhərində baş vermiş silsilə qətllərlə əlaqədar xüsusi iclas keçirib.
Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərə məlumat verib.
Y.Suqa deyib: “Əlaqədar nazirliklərin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Həmin iclasda Zama şəhərində baş vermiş silsilə qətllərlə əlaqədar mən hərtərəfli təhqiqatın aparılması, özünəqəsdlə əlaqədar informasiyaların yayıldığı saytlara nəzarətin gücləndirilməsi, internetdə özünəqəsdlə əlaqədar məlumatlar yerləşdirən gənclərə psixoloji yardımın yaxşılaşdırılması barədə göstəriş vermişəm”.
Baş katib əlavə edib ki, gələcəkdə buna bənzər cinayətlərin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi barədə plan yaxın bir ayda hazır olacaq.
Cinayətkarın öz qurbanlarını “Tvitter” sosial şəbəkəsi vasitəsilə tapdığını qeyd edən Y.Suqa əlavə edib ki, o, həmin insanların ağır psixoloji durumundan istifadə edərək onları asanlıqla tələyə salıb: “Bu çox alçaq hərəkətdir. Hökumətin bütün üzvləri belə cinayətlərin qarşısını almaq üçün bütün mümkün olan tədbirləri görməlidirlər”.
Son iki ay ərzində Zama şəhərindən olan gəncin törətdiyi silsilə qətllər bütün Yaponiyanı silkələyib. İctimaiyyəti narahat edən əsas məqam isə cinayətin tam təsadüf nəticəsində aşkar edilməsidir. Qurbanlardan birinin qardaşı bacısının istifadə etdiyi şifrələri bildiyinə görə onun qatillə məktublaşmasını aşkar edə bilib. Həmin məktublarda qızın özünəqəsd üçün həmkar axtardığı və bu məqsədlə qatillə yazışdığı əksini tapıb. Məhz bu, polisə cinayətkarın izinə düşməyə imkan yaradıb.
Həmin vaxt heç kim güman etmirdi ki, axtarış zamanı 27 yaşlı Takahiro Şiraişinin mənzilindən daha səkkiz nəfərin başı və digər bədən hissələri aşkar ediləcək. Tezliklə qətllərin onun tərəfindən həyata keçirildiyini etiraf edən gənc bildirib ki, həddindən artıq çox öldürdüyünə görə artıq kimin kim olduğunu unudub. Qurbanların adları yalnız DNK analizindən sonra məlum olub.
Qətlə yetirilənlərdən səkkizi Yaponiyanın müxtəlif prefekturalarından 15 yaşdan 26 yaşadək olan qızlardır. İstintaq zamanı məlum olub ki, onların heç də hamısı özlərinə qəsd etmək istəmirmişlər. İctimaiyyəti narahat edən daha bir məqam isə əsasən təhlükəsiz ölkə hesab edilən Yaponiyada iki ay ərzində doqquz nəfərin səssiz-soraqsız itməsi və qətllər adi mənzildə törədilsə də qonşulardan heç birinin bundan xəbər tutmamasıdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabı bıçaqlamaq istəyiblər
16.11.2017
“Əsrin oğrusu” adlandırılan şəxs iki ildən sonra Ukraynada tutuldu
15.11.2017
Məktəblilərin olduğu avtobus qəzaya uğradı
14.11.2017
Ceyranbatanda 2 ev yandı
14.11.2017
İranda baş verən zəlzələdə ölənlərin sayı 530-a çatıb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info