Vərəm sağalmaz xəstəlik deyil...
Tarix: 11.11.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Noyabrın 10-da Bakıda QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə Ftiziatrlar və Pulmonoloqlar İctimai Birliyinin (FPİB) “Həssas və dərmanlaradavamlı vərəm infeksiyası ilə xəstə insanlara yaşadıqları ərazilərdə multidisiplinar yanaşma vasitəsilə tibbi, psixoloji və sosial dəstəyin təmin edilməsi” layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunan təlimdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm işləri üzrə direktor müavini İradə Axundova çıxış edərək dünyada, Avropada və Azərbaycanda vərəmlə bağlı epidemioloji vəziyyət haqqında məlumat verib. Direktor müavini bildirib ki, dünyada effektiv müalicə alan xəstələrin sayı artmaqdadır. Vərəm və İİV daha çox Asiya və Afrika ölkələrində yayılıb. Azərbaycan isə vərəm infeksiyasının aktuallığını saxladığı ölkələrdəndir. Vərəmin müalicəsi formasından asılı olaraq minimum 6 ay, davamlı vərəm infeksiyası hallarında isə maksimum 24 ayadək davam edə bilər. İ.Axundova daha sonra qeyd edib: “Son 5 ildə Azərbaycanda vərəmə yoluxma azalmaqdadır. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstə var idisə, ötən il bu 38,8-dək azalıb. Ölkədə 7 min nəfərə yaxın vərəm xəstəsi qeydiyyatdadır. Onların 3 mindən çoxu yeni xəstədir”.
Daha sonra FPİB-in həkim-psixiatrı Fariz Axundov “Kütləvi informasiya vasitələrində vərəm xəstələrinin psixo-emosional portreti” mövzusu üzrə təlimdə çıxış edib. O, bildirib ki, vərəm intoksiyası psixi pozuntulara səbəb olur. Pasiyentdə vərəm aşkarlandıqda depressiya, narahatlıq, ölüm qorxusu kimi hallar müşahidə edilir. KİV-lərin rolu vərəmin sağalmaz xəstəlik olmadığını, düzgün terapevtik strategiya və tam müalicə tətbiq olunduqda xəstənin sağlamlığına qovuşa biləcəyini cəmiyyətə aşılamaqdır.
Tədbirin sonunda layihə çərçivəsində “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqənin məqsədi vərəm xəstəliyi ilə bağlı cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılması və vərəm xəstələrinin probleminə medianın, dövlət strukturlarının və ictimaiyyətin diqqətini cəlb etməkdir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Ölümdən başqa hər şeyə çarə olan bıtki
15.10.2018
Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
13.10.2018
Şəkərli diabet xəstəliyinin ağırlaşmalarına həsr olunan konfrans keçirilib
12.10.2018
Uşaqlara bol süd verin
10.10.2018
Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info