Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti artır: ərzaq qiymətlərinin artması nəqliyyat xərcləri ilə bağlıdır
Tarix: 10.11.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
Avropa Birliyi Komissiyası 2017-ci il Payız iqtisadi Proqnozları Hesabatını dərc edib. Hesabata görə, bu il avro bölgəsində iqtisadi artımı 2,2 faiz, 2018-ci ildə 2,18 faiz, 2019-cu ildə 1,9 faiz, AB-də bu il ortalama iqtisadi artımın 2,3 faiz, 2018-ci ildə 2,1 faiz, 2019-cu ildə 1,9 faiz olması gözlənilir. Avro zonasında bu il inflyasiyanın 1,5 faiz, 2018-ci ildə 1,4 faiz, 2019-cu ildə 1,6, AB-də isə orta inflyasiyanın 2018-ci ildə 1,7, 2018-ci ildə 1,7, 2019-cu ildə isə 1,8 faiz səviyyəsində reallaşması proqnozlaşdırılır. Avro bölgəsində işsizlik rəqəmləri bu il 9,1 faiz, 2018-ci ildə 8,5, 2019-cu ildə 7,9 faiz, AB-də cari ildə 7,8, 2018-ci ildə 7,3, 2019-cu ildə 7 faiz olacağı təxmin edilir. Eyni zamanda Şimali Koreyada baş verən proseslər, qlobal maliyyə vəziyyəti, Çin iqtisadiyyatındakı artım və qorunan iqtisadi siyasətlər, iqtisadiyyat üzrə qlobal risklər arasında yer alır.
“Brexit” danışıqlarının vəziyyəti, avronun yüksək dəyəri və yüksək uzunmüddətli faiz dərəcələrinin AB iqtisadiyyatı üçün riskli olduğu göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq qiymətləri, ümumiyyətlə, sabit olduğu halda, ərzaq idxal dəyəri artmaqdadır. Həmin xərclərin, artan beynəlxalq tələbatla yanaşı, nəqliyyat xərclərinin yüksəlməsindən irəli gəldiyini bildirən FAO, bu vəziyyətin yoxsul ölkələrə iqtisadi və sosial təsirlərdən narahat olduğunu açıqlayıb. FAO hesab edir ki, 2017-ci ildə bu xərc 1 trilyon 413 milyard dollara çatacaq. Bu, əvvəlki ilə görə 6 faiz artım deməkdir. Narahatlıq yaradan səbəb isə ərzaq idxal qiymətlərindəki artımların Ən az inkişaf etmiş ölkələr və Aşağı gəlirli ərzaq çatışmazşlığı olan ölkələr üçün iqtisadi və sosial nəticələr yaratmasıdır.
FAO iqtisadçısı Adam Prakash bildirib ki, qiymətlərin artması, daha çox ərzaq alınması demək deyil, çünki idxal dəyəri əhəmiyyətli dərəcədə artıb. İdxal xərclərinin artması, ehtiyatların çox, məhsul toplanışının güclü və ərzaq bazarlarında təklifin yaxşı olduğu bir dövrdə baş verib.
Ərzaq hesabatında əsas ərzaq növləri, məsələn, heyvandarlıq və süd sənayesi, balıq, bitki mənşəli yağ və taxıl məhsulları bazarları diqqətlə araşdırılıb.
Amerikada buğda qiymətləri sabit qalsa da, əriştə və makaron hazırlamaq üçün lazım olan Amerikan qırmızı yaz buğdasının qiyməti 2017-ci ilin iyulunda əvvəlki ilə nisbətən 40 faiz yüksək olub. Aromatik, düyü növləri FAO-nun düyü indeksindən səkkiz dəfə daha sürətli artıb. Eləcə də 2017-ci ildə FAO Kərə yağı Qiymət indeksi 41 faiz artıb. Bu süd məhsulları qiymət indeksinə görə üçqat artım deməkdir.
Heyvandarlıq və süd məhsulları sektoru, xüsusilə dinamikdir. Ətin idxal qiymətlərinin bu il 2016-cı ilə görə 22 faiz artaraq 176 milyard dollar səviyyəsinə qədər yüksələrək dövrün ən yüksək səviyyəsinə çatacağı gözlənilir.
Dünyada bitki mənşəli yağlar və heyvan tərkibli yağlar Aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrin idxal qiymətlərində ən geniş hissəni təşkil edir. Ötən ilki mövsümdən sonra qiymətlərin bu il qismən artacağı gözlənilir. Bununla yanaşı, Şimal yarımkürəsində əkinçiliyin sürətlə artmasına baxmayaraq, qlobal soya istehsalının azalması gözlənilir.
Beləliklə, FAO bu gün ərzaq qiymətlərinin artmasında əsas səbəblərdən biri kimi nəqliyyat xərclərini göstərir. Bu da ölkələr arasında yükdaşımalarda nəqliyyat sisteminin daha da təkmilləşdirilməsini vacib edir. Xatırladaq ki, bu günlərdə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz belə bir missiyanı həyata keçirəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Lavrov Azərbaycana səfər edəcək
17.11.2017
Afşan Xan Azərbaycana səfər edəcək
16.11.2017
“İnşallah Laçının, Şuşanın, Ağdamın uşaqları ata torpaqlarına dönəcəklər”
16.11.2017
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.2017
Seyid Murad Əli Şah: “Azərbaycanla əməkdaşlığa hazırıq”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info