İzmirdə Xəzər regionu ilə bağlı konfrans
Tarix: 13.11.2017 | Saat: 13:02:00 | E-mail | Çapa göndər
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilib. Redaksiyamıza bu barədə dərnəyin rəhbəri Asif Kurban məlumat verib. O, bildirib ki, tədbirdə çıxış edən Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Kamil Tüğen Türkiyə və Azərbaycan, eləcə də 1980-ci illərin əvvəllərindən Bakı və İzmir arasındakı qardaşlıq əlaqələrindən danışıb. Dünyanın qlobal enerji resurslarının Xəzər regionunda yerləşməsinin əhəmiyyətini vurğulayan natiq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin genişlənməsini inkişafın mühüm amili adlandırıb.
Bölüm rəhbəri dosent Nevzat Şimşək dünya iqtisadiyyatının inkişafında enerji resurslarının rolundan danışıb, indiki vaxtda, Türkiyənin türk dilli ölkələrlə iqtisadi, mədəni və ticarət əlaqələrinin zəruriliyini diqqətə çatdırıb. Konfransda iştirak edən azərbaycanlı alimlərin çıxışları da maraqla qarşılanıb. Dövlət İdarəçilik Akademiyasının dekanı Çingiz İsmayılov “Azərbaycanın tarixi və iqtisadiyyat”, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Zakir Eminov “XX əsrdə demoqrafik dəyişiklik, qadınların rolu və miqrasiya məsələsi” ilə bağlı çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
18.01.2018
Prezident Davos forumunda çıxış edəcək
18.01.2018
ABŞ-da 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı kampaniya
17.01.2018
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırıldı
17.01.2018
Bakı Paylayıcı Şəbəkəsinin yeni binası və yarımstansiyaların açılışı olub (Yenilənib)

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info