Həm müalicəvidir, həm də diyetik
Tarix: 13.11.2017 | Saat: 14:13:00 | E-mail | Çapa göndər
Balqabaq Şimali Amerika tərəvəzi hesab olunur. Mühacirlər qitəyə gəlməzdən xeyli əvvələ qədər balqabaq hindi masasında əsas məhsullardan biri idi. Onlar yetişdirdikləri balqabaq dilimlərini qış uzunu tonqallarda qızardıb yeyirdilər.
AZƏRTAC xəbər verir ki, arxeoloji qazıntılar nəticəsində balqabağın 5 min ildən çox yaşı olduğu aşkar edilib. Amerikada daha əvvəllərdən becərilən həmin tərəvəzi Avropaya İlk dəfə ispan dəniz səyyahları gətirib. Qədim Roma və Yunanıstan əhalisi onun qurudulmuşundan su və şərab qabı kimi istifadə edirdilər. Qulluğa az ehtiyacı olduğuna və dəriləndən sonra uzun müddət qaldığına görə əhali onu bəyənərək becərməyə başlayıb.
Balqabaq təkcə zahiri görünüşü ilə deyil, bostan bitkisi kimi də qarpızla yemişin arasında yer tutur. İri yarpaqlı və sarmaşıq kimi uzanan balqabaq tağını qarpız tağından ayırmaq heç də asan deyil. Balqabaq yetişməmişdən qabaq yastı formalı yemişə oxşayır. Aran bölgələrində yetişmiş balqabağı təndirin isti külünə basdırır, müəyyən vaxtdan sonra onu küldən çıxararaq dilimləyib yeyirlər. Balqabağa bəzi yerlərdə, o cümlədən Qarabağ bölgəsində boranı da deyirlər.
Onun tərkibindəki karotin yerkökündən 5, mal ciyərindən isə 3 dəfə çoxdur. Ona görə də oftalmoloqlar görmə qabiliyyəti zəif olanlara balqabaq şirəsi içməyi məsləhət görürlər. Bundan başqa onun tərkibində diyetoloqların çox sevdiyi “T” vitamini tapılıb. Həmin maddə ağır yeməklərin həzm olmasını yaxşılaşdırır və piylənmənin qarşısını alır. Ona görə də balqabağı yağlı mal və qoyun ətindən hazırlanan xörəklərin yanında süfrəyə vermək lazımdır.
Tərkibində dəmir olan tərəvəzlər arasında da balqabaq liderlik edir və çoxlu balqabaq yeyənlərdə qanazlığına təsadüf edilmir. Kişilərdə cinsi qabiliyyəti yüksəltmək üçün də yaxşı vasitə sayılır, eyni məqsədlə onun toxumlarından da istifadə etmək olar. Balqabağın təmizlənmiş toxumlarını səhər acqarına çırtlamaq qurd əleyhinə ən yaxşı vasitə hesab olunur.

Mahmud

 




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Çində robotlar diaqnoz qoyacaqlar
17.11.2017
Roma papasına avtomobil hədiyyə edilib
17.11.2017
Dubayda “Mars şəhəri” inşa ediləcək
16.11.2017
Bill Qeyts 80 milyon dollar xərcləyəcək
16.11.2017
Corabla yatmağın bilmədiyimiz faydaları

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info