Vyana Beynəlxalq Kitab Festivalı bir sıra uğurları ilə yadda qalıb
Tarix: 13.11.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Avstriya paytaxtında 10-cu dəfə təşkil edilən Vyana Beynəlxalq Kitab Festivalı bir sıra uğurları ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 8-dən 12-dək keçirilən yarmarkaya rekord sayda kitabsevər (təxminən 48500 nəfər) baş çəkib. Həmçinin 381 yerli və xarici müəllifin iştirakı yarmarkaya marağı daha da artırıb. Yarmarka çərçivəsində “Kitabların uzun gecəsi”, “Oxu festivalı”, “Antik kitablara baxış” və s. mövzular da daxil olmaqla şəhərin 33 fərqli məkanında böyüklər və uşaqlar üçün ümumilikdə 451 tədbir təşkil olunub.
Şəhərin əksər kitabxana və kitab mağazalarının da qatıldığı yarmarkanın zirvə nöqtəsini isə Vyana Beynəlxalq Yarmarkalar Mərkəzindəki kitab sərgisi təşkil edib. Burada qurulmuş pavilyonlarda müxtəlif mövzuları əhatə edən və böyük əksəriyyəti yeni nəşrlərdən ibarət olan 100 minədək kitab nümayiş olunub. Sərgidə yerli nəşriyyatlarla yanaşı, 20-dən artıq ölkəni təmsil edən nəşriyyatlar öz yeni nəşrlərini təqdim ediblər.
Builki kitab yarmarkasında qonaq ölkə qismində Sloveniya iştirak edib. Sərgidə, həmçinin Avstriyanın respublika elan edilməsinin 100-cü ildönümü münasibətilə ayrıca pavilyonda bu mövzuya həsr edilmiş kitablar nümayiş olunub.
Vyana Beynəlxalq Kitab Yarmarkası Almaniyanın Frankfurt Mayn və Leypsiq yarmarkaları ilə yanaşı, almandilli məkanda ən nüfuzlu yarmarkadır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
İlham Əliyev: “Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə uğurla inkişaf edir”
18.07.2018
İtaliya şirkətinin tikdiyi zavodun açılışı olub
18.07.2018
Sercio Mattarella: “İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir”
18.07.2018
Altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib
18.07.2018
Qaxda yay düşərgəsi təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9650

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info