Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
Tarix: 13.11.2017 | Saat: 18:16:00 | E-mail | Çapa göndər
“Armenianreport.com”: “Rusiya erməni məhsullarının Rusiyada tanınmasına sədlər çəkir. Kremlin siyasətçiləri üçün erməni iş adamlarının maliyyə itkilərinə, erməni kəndlisinin əməyinə tüpürmək artıq adi hal almaqdadır”

Bu gün Ermənistan çox bədbindir. Hələ 2010-cu ildə Gömrük İttifaqı və ondan təqribən beş il sonra yaradılan Avrasiya İqtisadi Birliyinə daxil olan Ermənistan bu təşkilatlara nicat yolu kimi baxırdı. Rusiyada yaşayan ermənilər də bu birlikləri erməni iqtisadiyyatını xilas edə biləcək yeganə vasitə kimi görürdülər. Doğrudur, bu ərəfədə Ermənistanın müəyyən dairələrində Avropa İttifaqı ilə əməkdaşlıq sazişinə imza atmaq əhval-ruhiyyəsi meydana gəlsə də, Kremlin göstərişinə müti olaraq riayət edən Serj Sərkisyan ölkəni tam olaraq Moskva tərəfindən yaradılan birliklərə sürükləməyə məcbur oldu. Ancaq Ermənistanın bəzi siyasətçilərinin proqnozlaşdırdığı kimi, Ermənistanın bu birliklərə qoşulması onun yaşadığı problemlərə məlhəm ola bilmədi. Bu gün Ermənistanda iqtisadiyyata qoyulan sərmayələr minimum səviyyədədir. İrəvanın üçüncü ölkələrlə ticarət imkanları məhduddur. Ölkədə kapital, mal, xidmət və əmək azadlığı təmin edilmir. Ümumiyyətlə, bu ölkədə il, ildən pis gəlir. Ermənilər özlərinin Rusiya üçün o qədər də önəm kəsb etmədiyini anlasalar da hələ ki, bunu aşıq şəkildə ifadə etməyə çəkinirlər. Lakin bu günlərdə Rostovda yaşananlar, deyəsən ermənilərə yaman yer eləyib. Xatırladaq ki, Rusiyanın Dövlət Məhsul Təhlükəsizliyi Xidməti Ermənistandan gətirilən 20 ton pomidorun tərkibində Cənubi Amerika pomidor güvəsi aşkar edərək onun məhv edilməsinə göstəriş verib. Ermənilər isə iddia edirlər ki, yoxlamanı öz ölkələrində apararkən heç bir zərərli güvəyə rast gəlməyiblər. Tərkibində zərərli güvə olan 20 ton pomidoru heç bir iş adamı risk edərək satış üçün almaz. Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi artıq “Rosselxoznadzor”un Rostov vilayətindəki regional şöbəsinə pomidorla bağlı rəsmi məlumat almaq tələbi ilə müraciət edib. Lakin ermənilərin müraciəti cavabsız qalıb. Lakin erməni xisləti, xainliyi burada da özünü göstərir. Onlar iddia edirlər ki, Rusiyanın Dövlət Məhsul Təhlükəsizliyi Xidmətinin irəli sürdüyü bütün iddialar əsassızdır. “Sadəcə olaraq, Türkiyə pomidorları üçün Rusiya bazarını təmizləmək lazımdır” - yazan “Armenianreport.com» saytı bu günlərdə Türkiyənin “Agrobay Seracilik” şirkətinin Rusiya bazarlarına 20 ton pomidor göndərdiyini bildirir. Erməni saytı Türkiyənin bir neçə ay ərzində Rusiya bazarlarına 50 min ton pomidor tədarük edəcəyi barədə də məlumat yayıb. Qan ağlayan ermənilər rus şirkətinə olan nifrətlərini də gizlətməkdən çəkinmirlər: “Biz “Rosselxoznadzor” mütəxəssislərinin türk pomidorlarında hər hansı bir zərərli güvənin tapa bilməyəcəyinə əminik. Niyə? Çünki göstəriş yuxarıdan gəlib. Bundan əlavə, türklər üçün Rusiyanın hər yerində artıq “yaşıl işıq” yandırılıb”. Məhv edilən erməni pomidoru İrəvana lap çox yer eləyib: “Rusiya erməni məhsullarının Rusiyada tanınmasına sədlər çəkir. Kremlin siyasətçiləri üçün erməni iş adamlarının maliyyə itkilərinə, erməni kəndlisinin əməyinə tüpürmək artıq adi hal almaqdadır” yazan sayt xarakterik erməni yaltaqlığını da ortaya qoyur: “Onlar unudurlar ki, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistan həmişə Rusiyanın yanındadır. Ruslar türklərə görə erməni xalqını aşağılamamalıdır”. Qeyd edək ki, ermənilər bütün baş verənlərə görə, Ermənistan rəsmilərini, xüsusilə də Serj Sərkisyanı günahkar bilirlər. Lakin onlar ölkə səlahiyyətliləri ilə yanaşı, erməni xalqını da susqunluqda ittiham edərək hökumətə layiq olduqlarını etiraf edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”
19.10.2017
OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info