Karateçilərimiz bir qızıl və iki bürünc medal qazanıblar
Tarix: 13.11.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər
Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. Azərbaycan Kyokşin Karate Federasiyasından bildirilib ki, 33 ölkənin iştirak etdiyi çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil ediblər. Təmsilçimiz Eltac Hümbətov Danimarka, Litva, Gürcüstan, Ukrayna və finalda İsveç idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Şirinov və Solmaz Zeynallı isə Avropa çempionatının bürünc medalını qazanıblar. Qeyd edək ki, turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
UEFA Pedro Enrikeni cəzalandırdı
17.11.2017
Atletiko yeni sponsoru ilə 3 illik müqavilə imzaladı
17.11.2017
Qvardiola ayın ən yaxşısı seçildi
16.11.2017
Ventura istefaya göndərildi
16.11.2017
DÇ-2018-in bütün iştirakçıları bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info