Multikulturalizm müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir
Tarix: 13.11.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər
Ölkəmizdə tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürüb


Tarixin ən qədim səhifələrini vərəqlədikcə şahid oluruq ki, dünyəvi dinlərin ortaq məkanı olan Azərbaycan coğrafiyası multikulturalizm, tolerantlıq və dini dözümlülüyün ənənələrini özündə cəmləyib. Xalqımızın tolerant baxışlarının qədim köklərə bağlılğı dinlərarası dialoqların inkişafında həmişə müsbət rol oynayıb. Tarixi ənənələrdən qaynaqlanan multikultural dəyərlər və tolerant ənənələr bu gün də ölkəmiz tərəfindən inkişaf etdirilir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsasları ölkənin qədim dövlətçilik tarixi ilə bağlıdır. Tarixən Azərbaycan coğrafiyasında yaşayan xalqlar və dini qrupların nümayəndələrinin ənənələri, milli, dini dəyərləri və bunların qorunub saxlanması ölkəmizin multikulturalizm və tolerantlıq məkanı olduğunu sübut edir. Azərbaycan dövlətinin tarixən çoxmillətli, çoxdinli olması bu gün zəngin multikultural və tolerantlıq dəyərlərinə yiyələnməmizdə müəyyən rol oynayıb.
Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır və burada mövcud olan mühit dünyanın bir sıra ölkələrinə nümunə ola bilər. Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə tolerantlığın məkanıdır. “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”-, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Prezidentin 2014-cü il may ayının 15-də imzaladığı fərmanı ilə hələlik dünyada yeganə olan Bakı Beynəlxalq Multikurturalizm Mərkəzi yaradılıb. İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə isə 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilib. Bu faktlar bir daha ölkəmizin multikultural ənənələrə və tolerant dəyərlərə olan qayğısının təzahürüdür. Prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən qeyd etmişdir ki, "...bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır".
İlham Əliyevin məşhur "Multikulturalizmə alternativ yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir. Azərbaycan ölkədə multikurturalizm mühitinin qorunması məqsədilə bir sıra nüfuzlu beynəlxalq qurumlarla – BMT, ATƏT, İƏT və Avropa ittifaqı ilə əməkdaşlığı da genişləndirməkdədir.
Tolerantlığın Azərbaycan modeli bu gün bütün dünyada diqqəti cəlb edir. Dini və etnik tolerantlıq Azərbaycanda tarixi ənənələrlə yanaşı, müasir dövrün ənənələrini də özündə cəmləyib. Bu gün Azərbaycanda yaşayan etnik qruplar arasında olan din azadlığı və etnik azadlıq tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin təməlini təşkil edir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan özünün multikurturalizm modelini dünyaya ləyaqətlə təqdim edə bilir.
Ümumiyyətlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli- mədəni və dini münasibətlər hökm sürmüşdür. Ona görə, bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı multikultural, tolerant məkandır. Çox ölkə və xalqlardan fərqli olaraq Azərbaycan onları özününkülərə və yadlara ayırmamış, hamıya eyni qayğı, məhəbbətlə yanaşmışdır.
Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir.
Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Hazırda Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir.
Azərbaycanda multikultural və tolerant mühit və bunun üstün cəhətləri tanınmış xarici din xadimlərinin də diqqətindən yayınmayıb. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycana səfəri zamanı bu mühit haqda belə deyib: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir". ABŞ-ın "The Hill" qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut "Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir" sərlövhəli məqaləsində yazır: "Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin sayı xeyli artıb”.
Tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.Beləliklə, multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər.

Vüqar Mədətov




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18.11.2017
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib
18.11.2017
Yataq ağları həftədə neçə dəfə dəyişilməlidir?ALİMLƏRİN FİKRİ
18.11.2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
17.11.2017
“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info