İnsan və kompüter vəhdət təşkil edəcək
Tarix: 13.11.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər
“Google” şirkətinin futurizm və süni intellekt məsələləri üzrə mütəxəssisi Rey Kursveyl bu yaxınlarda Beynəlxalq münasibətlər üzrə şurada çıxışı zamanı bildirib ki, bəşəriyyətin kompüterlərin üsyanından qorxmasına ehtiyac yoxdur. Bundan başqa, gələcək məhz süni intellektlə bağlıdır. Onun sözlərinə görə, bu gün insanlar daha yaxşı inkişaf ediblər və müasir dünyada aclıq və yoxsulluq göstəricisi bəşəriyyətin bütün tarixi üzrə daha azdır. 3 milyard istifadəçi smartfondan istifadə edir, bir neçə il sonra bu göstərici 6 milyarda yaxınlaşacaq. Həmçinin Kursveyl hesab edir ki, gələcəkdə biz daha az bioloji varlıq olacağıq.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, mütəxəssisin fikrincə, insanlar həmişə inkişaf edirlər. O əmindir ki, insanların təkamül prosesində növbəti mərhələ insan bədəni ilə texnologiyaların inteqrasiyası olacaq. İnsan və robotun hibridi metaldan hazırlanmış bədheybət olmayacaq: Kursveyl insan beyninə çip implantasiyası haqda məlumat verib. Məsələn, biz indi smartfon və ya “ağıllı” kolonkaya səsli komanda veririk: "Google, Çində hava necədir?". Gələcəkdə lazımi informasiyanı əldə etmək üçün sadəcə bu haqda düşünmək kifayət edəcək. Rey Kursveyl əmindir ki, robot həkimlər 2029-cu ilədək insan beynini bulud xidmətlərinə qoşmağa başlayacaq.
Bir çoxları deyə bilər ki, bu, yalnız bir insanın fantaziyasıdır. Amma Rey Kursveyl texnologiya və gələcək haqda yüzlərlə proqnoz verib və onların 90%-i həyata keçib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Çay içənlər daha yaradıcı olurlar
19.01.2018
“Huawei” şirkəti yeni texnologiya hazırlayıb
19.01.2018
Qaynadılmış limon suyunun faydaları
19.01.2018
Putin 7 dərəcə şaxtada gölə girib
19.01.2018
2018-ci ilin ən innovativ şirkətləri bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8230

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info