“Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı olub
Tarix: 14.11.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsində görkəmli türkoloq, professor Faruq Sümərin “Oğuzlar” və Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitablarının təqdimatı olub.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək kitabların və mütaliənin insan həyatındakı rolundan danışıb. Alim sözügedən nəşrlərin türk xalqlarının tarixi, mədəniyyəti, həyat tərzi və adət-ənənələri barədə oxucuya müfəssəl məlumat verdiyini bildirib. Akademik hər iki əsərin gənclər üçün əvəzsiz mənbə olduğunu vurğulayıb.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin “Oğuzların tarixinə həsr olunmuş sanballı əsərlər” mövzusunda məruzələri dinlənilib.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomastika şöbəsinin müdiri Firudin Rzayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin müdiri İlhami Əliyev çıxış edərək, hər iki əsərin elmi dəyərindən söz açıblar.
Qeyd olunub ki, professor Faruq Sümərin “Oğuzlar” kitabı XVI əsrdə Anadoluda Oğuz boylarına aid yer adları və Türkmən oymaqları ilə birgə siyahılar adlı əlavələrdən ibarətdir. “Oğuzlar haqqında ən qədim məlumatlar”, “Oğuzlar IX-XI əsrlərdə”, “Səlcuqlu dövlətinin qurulması”, “Səlcuqlar dövründə oğuzlar (türkmənlər)” adlı yarım başlıqlarından ibarət olan ilk hissədə müəllif “Oğuz” adının etimologiyası, onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski dini inancları, İslamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Kitabın “Boy təşkilatı və boylar” adlanan ikinci hissəsində 24 oğuz boyunun ucsuz-bucaqsız bir ərazidə yayılması, köçəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və digər məsələlər sistemli tədqiq edilib.
Kitabın dastanlardan bəhs edən son hissəsində isə oğuzların iqtisadi-siyasi fəaliyyəti, ailə həyatı maraqlı faktlar əsasında göstərilib, oğuzlarda ordu, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar altında araşdırılıb.
Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitabı haqqında da ətraflı məlumat verilərək bildirilib ki, əsər türk xalqlarının tarixinin öyrənilməsində etibarlı və əsas mənbələrdən biridir.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamına əsasən keçirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info