Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb
Tarix: 14.11.2017 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında bildirib.
Vəzifə qrupları üzrə 20 yeni test proqramının hazırlandığını bildirən V.Misirov deyib: “Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.
V.Misirov əlavə edib ki, test imtahanlarının məzmununda da yeniliklər var. Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Həmçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub.
Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır. Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Keçən il Naxçıvanda 5 min 715 uşaq doğulub
19.01.2018
Baş prokuror vətəndaşları qəbul edib
19.01.2018
Dövlət Neft Fondunda vakansiya
19.01.2018
“Bank Respublika” işçi axtarır
19.01.2018
Müdir və təchizatçı vəzifələrinə işçi axtarılır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info