Hərbi xidmətə getmək istəməyən erməni tələbələr aclıq aksiyasına başlayıblar
Tarix: 14.11.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.
 
“News.am” saytının verdiyi məlumata görə, “Elmin İnkişafı Naminə” təşəbbüsünün üzvü David Petrosyan bu gün tələbələrdən 5-nin aclıq aksiyasına başladığını bildirib.
 
D. Petrosyan da aclıq aksiyası keçirən tələbələr sırasındadır. Aclıq aksiyası edən beş tələbədən dördünün ordu sıralarında xidmət etdiyini nəzərə çatdıran D. Petrosyan deyib ki, onlar bu addımı atmaqla hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması barədə qanun layihəsinə qarşı mübarizə aparırlar.
 
Qeyd edək ki, aksiya bir həftədən çoxdur ki, davam edir. İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.
 
Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Rusiyada “feyk” xəbər yayanlar cərimələnəcəklər
13.12.2018
Ermənilər islahatlar aparmaq üçün pul tapa bilmirlər
13.12.2018
Paşinyan Rusiya- Ermənistan münasibətlərindəki gərginliyi aradan qaldıra bilmir
13.12.2018
Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info