AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək
Tarix: 14.11.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir. Qaydalara əsasən, institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Belə ki, şöbə hesabatları üzrə qaliblərə 1-ci yer (bir mukafat) – 1500 manat, 2-ci yer (iki mükafat)| - 1000 manat, 3-cü yer (uç mükafat) - 500 manat, fərdi hesabatlar üzrə isə 1-ci yer (bir mükafat)| - 600 manat, 2-ci yer (iki mükafat) - 400 manat, 3-cü yer (üç mükafat) - 200 manat mükafat nəzərdə tutulur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9449

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info