BMAM -da yeni təyinatlar
Tarix: 14.11.2017 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Noyabrın -14 də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mərkəzin gördüyü işlər, fəaliyyət istiqamətləri, geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov iclasda çıxış edərək, Mərkəzin gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər, qarşıda duran vəzifələr, çevik icra strukturunun yaranması zərurəti və yeni təyinatlarla bağlı çıxış edib.
Sədr Rufiz Qonaqov bildirib ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atmış, xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirib. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu, indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans, görüşlər və tədbirlərdə təmsil olunduğunu xüsusi qeyd etmişdir.
İclasda Mərkəzin yeni icra strukturu, tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna müvafiq olaraq, yeni təyinatlar edilib.
BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov, Eldar Orucov, Nazim Süleymanov, Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri, Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi, Nurlanə İsmayılova baş məsləhətçi, Muxtar Vəliyev, məsləhətçi və Cəbrail Fərzəliyev ekspert, təyin olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Ukraynada “Azərbaycan Ticarət Evi“ açılıb
22.06.2018
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb
22.06.2018
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
22.06.2018
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
22.06.2018
Dövlətin və xalqın mənafeyinə xidmət edən dövlət qulluğu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9449

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info