Tur-aksiya iştirakçıları yaşadıqları rayonlara yola düşüblər
Tarix: 14.11.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərindən, paytaxtın Xəzər, Pirallahı, Qaradağ, eləcə də Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər noyabrın 14-də Gəncə şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.
Şagirdlər Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin məsul işçiləri tərəfindən yola salınıblar.
Qeyd edək ki, 9 şəhər və rayondan olan 360 məktəbli noyabrın 11-dən 14-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib.
Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8230

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info