“Dubai Airshow 2017“ sərgisində Azərbaycan bir sıra mühüm razılaşmalar əldə edib
Tarix: 14.11.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər
Dubayda dünyanın 60-dan çox ölkəsindən 1200-dən çox eksponentin iştirak etdiyi və 160-dan çox müasir təyyarənin təqdim olunduğu ən böyük beynəlxalq aviasiya sərgisi "Dubai Airshow 2017" keçirilir. "Dubai Airshow 2017" mülki və hərbi aviasiya sənayesində mühüm beynəlxalq hadisədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu nüfuzlu aviasalonda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və digərlərinin də daxil olduğu rəsmi nümayəndə heyəti təmsil edir.
Sərgi çərçivəsində danışıqların yekunlarına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub.
Ən önəmli sazişlərdən biri AZAL-ın prezidenti Cahangir Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti - baş icraçı direktoru Kevin Makalister və "Boeing Global Services"in prezidenti - baş icraçı direktoru Sten Dil tərəfindən beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olmuşdur. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Daha bir saziş “Azərbaycan Hava Yolları” QSC və “Rockwell Collins International” şirkəti arasında Azərbaycanın milli aviadaşıyıcısının yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükünə dair imzalanmışdır. Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.
Cahangir Əsgərovun "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Danışıqların yekunlarına əsasən lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb.
Azərbaycan nümayəndə heyəti, həmçinin "Dubai Airport Freezone" stendini ziyarət edib və burada hava limanı ərazisində Azad iqtisadi zonanın (AİZ) yaradılması təcrübəsi ilə tanış olub.
Cahangir Əsgərov və "Qrajdanskie Samoletı Suxoqo" («Гражданские самолеты Сухого») SC-nin prezidenti Aleksandr Rubtsov danışıqlardan sonra "Sukhoi Superjet 100" təyyarəsinin yeni biznes versiyasını nəzərdən keçiriblər.
Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti "Vertoletı Rossii" («Вертолеты России») Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.
Məhsuldar danışıqlar eyni zamanda "Leonardo" şirkəti ilə də aparılıb və danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb.
Cahangir Əsgərovun "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycan ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olub. "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycan ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.
İmzalanan sazişlər və əldə edilən razılaşmalar Azərbaycan mülki aviasiyasının gələcək inkişafı və yeni iş yerlərinin yaradılması üçün mühüm stimul olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
18.11.2017
“Ferrari gələn il zəif olacaq”
18.11.2017
“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
17.11.2017
Azərbaycanda multikulturalizm modeli
17.11.2017
“Birnəfərlik portallar” artıq anlayıblar ki, qara işlərinin, arzuolunmaz əməllərinin sonu yetişib”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info