Vəfadar Misirov: “Bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər”
Tarix: 14.11.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər. Dövlət qulluqçuları reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxsləri 400 manatdan 700 manatadək cərimə gözləyir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında bildirib. Dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslərin təyin edildiyini vurğulayan V.Misirov deyib: “Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görür. Həmçinin oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən məsul şəxslər cərimələnəcəklər”. DİM-in icraçı direktoru bildirib ki, mərkəz Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur. V.Misirov deyib: “Ötən müddətdə reyestrdə 30 minədək dövlət qulluqçusu barədə məlumat toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyestrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlarındakı vakant vəzifələr hər an DİM-də online formada görünür. Dövlət orqanları bu reyestri normal qaydada idarə edirlərsə bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir”.
Vurğulanıb ki, müəyyən dövlət orqanlarında bu məsələ ilə bağlı ləngimələr var və bu da DİM-in vakant dövlət qulluğu vəzifələrini online izləməsinə mane olur. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı tədbirlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Reyestrdə olan məlumata görə, həmin nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən çox vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq boş yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info