Prezident: “YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”
Tarix: 14.11.2017 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib”.
  
Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində söyləyib.
  
Dövlət başçısı deyib ki, ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirilib: “Bu, böyük tarixi hadisə idi. O vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməyib. Müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak edib. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”.
  
Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqı qarşısında xidmətlərini vurğulayan prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf edib: “1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olanlar xalqın inamını itirmişdi, ölkə demək olar ki, idarə olunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya hökm sürürdü, rüşvətxorluq ölkəni bürümüşdü. Torpaqlarımız işğal altında düşmüşdü, iqtisadi və sənaye böhranı yaşanırdı. Bütün bunlar Azərbaycan üçün böyük təhlükə yaradırdı. Xalq etimad göstərdiyi Heydər Əliyevə müraciət etdi və Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrildi. Partiyanın yaradılması Azərbaycanın müstəqilliyə gedən yolunu açdı. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir".

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
18.06.2018
Müdafiə Nazirliyi: atəşkəs rejimi 102 dəfə pozulub
17.06.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 83 dəfə pozub
17.06.2018
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info