Dodon: “Dnestryanı Rusiyanın subyekti olmayacaq”
Tarix: 14.11.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər
<b>Moldova dövlət başçısı münaqişənin həll olunacağı tarixi açıqladı

Moldova dövlət başçısı İqor Dodon Dnestryanı bölgəsinin müstəqil və ya Rusiyanın subyekti olmasının real olmadığını elan edib.
Dövlət başçısı “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində deyib ki, Dnestryanı bölgəsində bu gün mövcud olan bütün səlahiyyətlər saxlanılmalıdır: “Hamı mənim federativ dövlətlə bağlı fikirlərimi bilir. Onun federasiya, muxtariyyət və ya başqa necə adlanmasının heç bir əhəmiyyəti yoxdur. Vacib olan bu statusa nələrin daxil olmasıdır. Mən hesab edirəm ki, Dnestryanı bölgəsində bu gün mövcud olan bütün səlahiyyətlər saxlanmalıdır. Parlamentləri, prezidentləri, hökumətləri, bayraqları və s. qalmalıdır. Dnestryanı büdcəsindən bir qəpik də olsun götürməli deyilik. Sadəcə, bizim ümumi dövlətçiliyimiz, ümumi büdcəmiz, bank sistemimiz, ümumi xarici siyasətimiz, ümumi sərhədlərimiz olmalıdır”. Onun sözlərinə görə ölkəni birləşdirməyin iki yolu var: beynəlxalq oyunçular tərəfindən tanınan neytrallıq və Moldovanın dövlətçiliyinin itiriləcəyi təqdirdə Dnestryanıya öz müqəddəratını təyin etmə hüququnun verilməsi: “Hərçənd əminəm ki, ölkənin birləşməsindən sonra Moldovada heç vaxt unionistyönlü hakimiyyət (Rumıniya ilə birləşməyin tərəfdarları) olmayacaq. Tiraspolla razılaşmaq olar. Bunun iki ssenarisi var: ya Ukraynanın, ya da Moldovanın tərkib hissəsi olmaq.

“Hesab edirəm ki, Dnestryanı bölgəsində bu gün mövcud olan bütün səlahiyyətlər saxlanmalıdır. Parlamentləri, prezidentləri, hökumətləri, bayraqları və s. qalmalıdır. Dnestryanı büdcəsindən bir qəpik də olsun götürməli deyilik. Sadəcə, bizim ümumi dövlətçiliyimiz, ümumi büdcəmiz, bank sistemimiz, ümumi xarici siyasətimiz, ümumi sərhədlərimiz olmalıdır”

Əminəm ki, Dnestryanı üçün ən yaxşısı elə Moldova Respublikasının bir hissəsi olmaqdır”. İqor Dodon bildirib ki, Moldova parlamentindəki indiki çoxluqla Dnestryanı məsələsini həll etmək real deyil: “Hesab edirəm ki, seçkidən sonra parlamentdə Moldovayönümlü çoxluq yaranacaq. Ona görə də 2019-cu ildən etibarən Dnestryanı məsələsinin həlli ilə bağlı işə başlamaq olacaq”. Moldova dövlət başçısı ölkənin dövlət dilinin rumın dili adlanması ilə bağlı prosesi də dəyərləndirib. O hesab edir ki, dövlət dilinin adının dəyişməsi ilə bağlı konstitusiya düzəlişini təsdiqləmək üçün parlamentdə lazım olan səsi toplamaq mümkün olmayacaq. Qeyd edək ki, Liberal-Demokratik Partiya dövlət dilinin adının dəyişməsi ilə bağlı layihə hazırlayıb və həmin sənədin altında 101 nəfərlik parlament üzvündən 35 nəfərinin imzası var. Ölkənin Konstitusiya Məhkəməsi bu sənədə müsbət rəy verib. Parlament üzvlərinin 2/3 hissəsinin səs verəcəyi halda, Moldovanın dövlət dili rumın dili adlanacaq.

“Ölkəni birləşdirməyin iki yolu var: beynəlxalq oyunçular tərəfindən tanınan neytrallıq və Moldovanın dövlətçiliyinin itiriləcəyi təqdirdə Dnestryanıya öz müqəddəratını təyin etmə hüququnun verilməsi”

Dodon parlamentdə qəbul olunacağı halda belə, layihəni bloklayacağını açıqlamışdı. Vaxtilə Dodonun sədri olduğu Sosialistlər Partiyası da sənədin əleyhinədir. İqor Dodon müsahibəsində yenə də mövqeyini təkrarlayıb: “Mən ölkənin konstitusiyasında yazıldığı kimi, Moldova dilinin qorunmasının tərəfdarıyam. Amma parlamentdə dövlət dilinin rumın dili adlanması ilə bağlı təşəbbüs var. Bu, keçməyəcək, biz artıq bununla bağlı iş aparırıq. Layihənin qəbul edilməməsi üçün bizə 35 nəfərin səsi lazımdır. Sosialistlər fraksiyasının 24 nəfər üzvü var. Biz əlavə 11 deputatla da danışmışıq və onlar dövlət dilini rumın dili adlanmasının əleyhinə səs verəcəklər. Amma bir məsələni deyim ki, Rumıniya ilə birləşməyin tərəfdarları ölkədə çox aktiv fəaliyyətdədirlər. Onlar məktəblərdə gənclərlə işləyir. Ona görə də burada antidövlət tədbirlərinə qarşı dövlət proqramına ehtiyac var. Biz hakimiyyəti tam şəkildə ələ alandan sonra bunu qəbul edəcəyik”. Dodon gələn il keçiriləcək seçkilərdə sosialistlərin parlament çoxluğu əldə edəcəyini gözləyir. Dodon, açıq şəkildə Moldova dövlətçiliyinin ləğvinə çağırış edən, bu istiqamətdə fəaliyyət göstərən bütün təşkilatların qadağan edilməsi ilə bağlı qanunvericilk təşəbbüsünün olduğunu da xatırladıb: “Parlament buna səs vermək istəmir. Amma biz bunu edəcəyik”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Rusiyada avtobus yük avtomobili ilə toqquşub
18.11.2017
Latviya Müstəqillik Gününü qeyd edir
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”
17.11.2017
“Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info