“Sərkisyanın “4 milyonluq Ermənistan” vədi mifdən başqa, bir şey deyil”
Tarix: 14.11.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
“Armenianreport.com”:
“Ermənistan çoxdan demoqrafik böhran dövrünə daxil olub, miqrasiya artır, doğum səviyyəsi və nikahlar azalır. Bu isə böyük miqrasiya böhranı yaşayan Ermənistan üçün böyük fəlakət olmaqla yanaşı, ölkənin gələcək təhlükəsizliyinə də meydan oxuyur”

Ermənistanda demoqrafik problemin əsas yaradıcısı kimi Serj Sərkisyan qeyd edilsə də, əslində, hökumətin fəaliyyətinin qiymətləndirilməsi üçün bir sıra meyarlar da önə çəkilir. Ermənistan mediası yazır ki, hökumətin son iclasında bu məsələ müzakirə olunub. Amma bu tapsırıqların hec bir əhəmiyyəti yoxdur. Çünki ölkənin demoqrafik problemi həll etmək imkanı yoxdur. Bunu sadə faktlar da təsdiqləyir.
“Armenianreport.com” yazır: “Bui ilin büdcəsinin 47,7 faizi sosial, mədəni və tibbi sahələr üçün ayrılmışdı. Amma gələn ilin büdcəsində bu sahələrə ayrılan vəsait azaldılıb. Deməli, sənəd üzərində olsa belə, büdcənin 47,7 faizinin sosial sahəyə ayrıldığı ölkədə yoxsulluq sürətlə artır, əhali kütləvi şəkildə ölkəni tərk edirsə, xərclərin azalmasından sonra vəziyyətin daha da pisləşəcəyi dəqiqdir. Bu da sosial qütbləşməni və ölkədən axını artıracaq. Əgər minlərlə insan xaricdə uğurlu həyat quracağına inanmasa belə, Ermənistandan köçürsə, deməli, onlar öz həyatlarını yenidən cəhənnəmə çevirmək üçün geri qayıtmayacaqlar. Ermənistan çoxdan demoqrafik böhran dövrünə daxil olub. Belə ki, bunu ölkədəki doğum səviyyəsi də təsdiq edir. Qeyd edək ki, Ermənistanda ən aşağı doğum səviyyəsi 2001-2003-cü illərdə qeydə alınmışdı.

Deputat Naira Zoqrabyan: “Ermənistanda kiçik biznes nümayəndələrinə qarşı terror həyata keçirilir”

Həmin illərdə ölkədə doğulan uşaqların ümumi sayı 30 min aşağı düşmüşdü. Qarşıdakı illərdə də Ermənistandakı demoqrafik böhran riskləri son dərəcə yüksək olacaq və ölkədə nikah sayının azalacağı da açıq görünür. Şübhəsiz, bu da yeni doğulan uşaqların azalacağı ilə nəticələnəcək. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrünə nisbətən bu ilin doqquz ayı ərzində Ermənistanda doğum səviyyəsi 7,4 faiz azalıb, bununla yanaşı, bu dövr ərzində dünyaya gələn uşaqlar arasındakı ölüm halları 0,7 faiz artıb. Ermənistanın bu sahəyə məsul şəxslərinin bildirdiyinə görə, ölkənin bəzi əyalətlərində uşaq ölümlərinin səviyyəsi uşaq doğumu ilə müqayisədə daha üstünlük təşkil edir. Bu isə böyük miqrasiya böhranı yaşayan Ermənistan üçün böyük fəlakət olmaqla yanaşı, ölkənin gələcək təhlükəsizliyinə də meydan oxuyur. Bu faktlar isə Sərkisyanın “4 milyonluq Ermənistan” vədinin mifdən başqa bir şey olmadığını ortaya qoyur. Unutmaq lazım deyil ki, yalnız sosial problemlər insanları ölkəni tərk etməyə məcbur etmir. Bura başqa nüanslar da daxildir. Ermənistanda tüğyan edən korrupsiya da miqrasiyanı gücləndirir. Ermənistanda sadə insanlarla yanaşı, kiçik biznes nümayəndələri də sabaha ümidsizdirlər. Erməni deputat Naira Zoqrabyan yaranmış vəziyyəti Ermənistanda kiçik biznes nümayəndələrinə qarşı terror kimi dəyərləndirib. Onun sözlərinə görə, kiçik biznes nümayəndələrinə qarşı terror miqrasiya prosesinin daha da intensivləşdirəcək. “News.am” saytı xatırladır ki, Ermənistanda kiçik və orta bizneslə məşğul olan 3000-dən artıq şəxs vergi orqanları tərəfindən hüquqlarının pozulması barədə parlamentə müraciət edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Rusiyada avtobus yük avtomobili ilə toqquşub
18.11.2017
Latviya Müstəqillik Gününü qeyd edir
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”
17.11.2017
“Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info