Braziliya səfiri: “Azərbaycan Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkədir”
Tarix: 14.11.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər
İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası hökuməti və Braziliya Federativ Respublikası hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini, Braziliyanın Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını diqqətə çatdırıb. Braziliya Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar Azərbaycanın Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkə olduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək qiymətləndirib, layihənin nəqliyyat əlaqələrinin genişləndirilməsindəki əhəmiyyətini vurğulayıb. Səfir Santyaqo Luis Bento Fernandes Alkasar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyini diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
18.11.2017
“Ferrari gələn il zəif olacaq”
18.11.2017
“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
17.11.2017
Azərbaycanda multikulturalizm modeli
17.11.2017
“Birnəfərlik portallar” artıq anlayıblar ki, qara işlərinin, arzuolunmaz əməllərinin sonu yetişib”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info