Li Çjun: “Regionun aparıcı dövləti olan Azərbaycan Çinin önəmli tərəfdaşıdır”
Tarix: 15.11.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səyləri Çin tərəfindən dəstəklənir”
Xarici işlər naziri Elmar Məmmədyarov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Li Çjun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25 illiyi ilə əlamətdar olduğunu bildirib, keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu söyləyib. O, Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib. Li Çjun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib. O, “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq xüsusi işçi qrup qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən ilk xarici səfər olduğunu deyib və səfərin münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Elmar Məmmədyarov Çin Kommunist Partiyasının qurultayının uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrində yüksələn xətt üzrə inkişafdan məmnunluq ifadə edib. Nazir iki dövlət arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd edib. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Çinin də üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib. Bu xüsusda, E.Məmmədyarov Çin tərəfinə Azərbaycanın haqlı mövqeyinin ardıcıl dəstəklənməsi xəttinə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycanın “Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha bəyan edib. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran nazir ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını əlavə edib. O, iqtisadi sahədə ikitərəfli əməkdaşlığa toxunaraq ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensialı və siyasi dialoqun səviyyəsini əks etdirmədiyini qeyd edib, bu sahədə, gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını xatırladan E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barədə danışan Elmar Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil olunacağına ümidvar olduğunu bildirib. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info