KİV nümayəndələri “Dəliməmmədli“ və “Yeni Gəncə“ yarımstansiyaları ilə tanış olublar
Tarix: 15.11.2017 | Saat: 12:02:00 | E-mail | Çapa göndər
Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə KİV nümayəndələri Gəncə-Qazax bölgəsində "Dəliməmmədli", "Yeni Gəncə" yarımstansiyaları və Ağstafa və Qazaxda yenidən qurulmuş kənd yolları və körpülərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tur çərçivəsində media nümayəndələri əvvəlcə ADB-nin maliyyə dəstəyi ilə inşa edilmiş 110/35/10 kV-luq “Dəliməmmədli” yarımstansiyasına səfər ediblər.
Məlumat verilib ki, yarımstansiya 40 meqavolt-amper (MVA) gücündə iki transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarətdir. Bu obyekt 40 ildən çox istifadə olunmuş, istismar gücü iki dəfə az, səmərəliliyi aşağı olan və fəaliyyətində tez-tez nasazlıqlar baş verən köhnə yarımstansiyanı əvəz edib.
“Dəliməmmədli” yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə edən 10 kV-luq doqquz paylama xətti sayəsində Dəliməmmədli şəhərində və Goranboy rayonunda 90 faizi əhali istehlakçı qrupundan ibarət 11 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir.
Yüksək istismar gücü və faydalı istismar müddəti sayəsində “Dəliməmmədli” yarımstansiyası yaşayış evləri ilə yanaşı, yaxınlıqdakı əsas kənd təsərrüfatı obyektlərini, süd emalı zavodlarını, pambıq fabrikini, məktəbləri, alış-veriş mərkəzlərini, yanacaqdoldurma məntəqələrini, restoranları və kommunal qurğuları elektrik enerjisi ilə təmin edir.
Bildirilib ki, yarımstansiyanın tikintisi ADB ilə Azərbaycan hökuməti arasında imzalanmış “Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı” çərçivəsində reallaşıb və obyekt bu ilin iyul ayında istifadəyə verilib.
Sonra media nümayəndələri Ağstafa və Qazaxda yenidən qurulmuş kənd yollarına və körpülərə baxış keçiriblər. ADB Yol Şəbəkəsinin İnkişafı Proqramının 4-cü layihəsi çərçivəsində Ağstafa və Qazaxda kənd yollarının bərpası və körpülərin yenidən qurulmasını maliyyələşdirib. Təxminən 41,3 kilometrlik kənd yollarının bərpasına yolun səki hissəsinin bərpası, mövcud drenaj borularının və körpünün yenidən qurulması, drenaj strukturlarının təkmilləşdirilməsi və yol hərəkətinin təhlükəsizliyi üçün yol nişanlarının və işarələrin quraşdırılması daxil idi. ADB tərəfindən maliyyələşdirilən Yol Şəbəkəsinin İnkişafı Proqramının 4-cü layihəsi çərçivəsində bu rayonlarda 16 kəndi birləşdirən 5 kənd yolu bərpa edilib. Kənd yollarından əlavə, layihə çərçivəsində Kür çayı üzərində 184 metr uzunluğunda müasir körpü də daxil olmaqla Ağstafa-Poylu-Gürcüstan sərhəd boyunca ümumi uzunluğu 363 metr olan 4 yeni körpü inşa olunub. Layihənin icraedicisi “Azəravtoyol” ASC-dir.
Sonra media nümayəndələri 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası ilə tanış olublar.
40 meqavolt-amper (MVA) gücündə iki ədəd transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarət 110 kV-luq “Yeni Gəncə” yarımstansiyası Azərbaycanın Respublikasının ikinci ən böyük şəhəri olan Gəncənin sənaye zonasında yerləşir.
Bu yarımstansiya 40 ildən çox istifadə olunmuş və istismar gücü və səmərəliliyi iki dəfə aşağı olan köhnə yarımstansiyanı əvəz edir. 35 və 10 kV-luq yeni paylama xətləri sayəsində “Yeni Gəncə” yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə etməklə Yeni Gəncə ərazisində 90 faizi əhali istehlakçı qrupundan ibarət 30 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir. İstismar gücünün aşağı olması və paylama xətlərinin köhnəlməsi səbəbilə əvvəlki yarımstansiyanın təmin etdiyi elektrik enerjisində ardıcıl fasilələr müşahidə olunurdu.
Gəncə şəhərinin Yeni Gəncə ərazisi şəhərin çoxlu sayda sənaye, kommunal, ticarət və yaşayış obyektlərinin fəaliyyət göstərdiyi yeni yaşayış və sənaye mərkəzidir. Bu obyektlərin sırasına Gəncə Beynəlxalq Hava Limanı, yeni otellər, alış-veriş mərkəzləri, tikinti materialları istehsal edən sahələr, Heydər Əliyev adına yeni park, Olimpiya İdman Kompleksi və yeni yaşayış binaları daxildir. Buna görə də “Yeni Gəncə” yarımstansiyası Gəncə şəhərinin dairəvi sxem üzrə 110 kV-luq elektrik şəbəkəsinin əhəmiyyətli bir hissəsi olmaqla etibarlı elektrik enerjisini təmin edəcək və şəhərin gələn onilliklərdə artan elektrik enerjisi tələbatını qarşılayacaq.
“Yeni Gəncə” yarımstansiyasının tikintisi Kredit 3407-AZE-yə uyğun olaraq Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Layihənin icrası nəticəsində Azərbaycanda elektrik paylama şəbəkələrinin səmərəliliyi və etibarlılığı artacaq. Məqsəd bütün istehlakçıları etibarlı elektrik enerjisi ilə təmin etməkdir. Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı” üzrə icraedici qurum "Azərişıq" ASC-dir.
Qeyd edək ki, “Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı” çərçivəsində ADB "Azərişıq" ASC-yə ümumilikdə 750 milyon ABŞ dolları məbləğində kredit ayıracaq. Üç tranşdan ibarət olan kreditin ilk 250 milyon dollarlıq tranşı 2016-cı il sentyabrın 2-də transfert edilib. Bu tranş üzrə subpodratçılarla 240 milyon dollarlıq müqavilə imzalanıb və artıq tələb olunan vəsaitin 123 milyon dolları və yaxud 51 faizi ödənilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
18.11.2017
Suraxanı rayonunda iməcilik keçirilib
18.11.2017
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info