Amerikalı ekspert iki ermənini ifşa edib
Tarix: 15.11.2017 | Saat: 12:03:00 | E-mail | Çapa göndər
Amerikada çıxan “Independent Journal Review” nəşrində Strateji Tədqiqatlar Mərkəzinin amerikalı eksperti Beqin-Sadat Aleksandr Murinsonun məqaləsi dərc edilib. Bu materialda iki erməni müəllifin “Forbes” jurnalında dərc olunmuş “Azərbaycanın təcavüzü ABŞ-ın köməyi ilə təşviq edilməməlidir” sərlövhəli, yalanlarla dolu məqaləsi ifşa edilir.
Murinson yazır ki, “Forbes” jurnalı həmin məqalənin erməni müəllifləri tərəfindən təqdim olunmuş informasiyanın mötəbərliyini yoxlamayıb və bununla, redaksiyada nəşr prosesinə tamamilə etinasız münasibət nümayiş etdirib. Qeyd olunur ki, Movses Ter-Ohanesyan və Suren Sarkisyan ad-soyadlı naməlum erməni “ekspertlər” bu məqalədə əslində yalnız saxta xəbərlər yayırlar. Ohanesyan və Sarkisyan Ermənistanı müstəqil və firavanlasan “möcüzələr diyarı”, Azərbaycan isə ABŞ-dan xarici yardım almağa layiq olmayan “bədheybət müsəlman ölkəsi” kimi qələmə verməyə çalışırlar.
Murinson bu erməni müəllifləri ifşa edərək göstərir ki, Azərbaycan regionun Qərb ilə inteqrasiyasının, siyasi müstəqilliyin və regional inkişafın hərəkətverici qüvvəsidir. Həm Xəzər dənizindən çıxarılan külli miqdarda nefti Avropaya çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, həm də bu qitəyə qaz nəqli üçün alternativ variant kimi Avropaya qaz kəmərləri şəbəkəsinin tikintisində, regionlararası əməkdaşlıq layihələrinin həyata keçirilməsində, o cümlədən Avropanı Şərq ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində mühüm rol oynayır.
Murinson daha sonra yazır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal edilib və hazırda bu regionda yaradılmış oyuncaq qurum Ermənistan özü də daxil olmaqla heç bir təşkilat və ya ölkə tərəfindən tanınmayıb. Ekspert vurğulayır ki, bu iki fakt istər ABŞ administrasiyası, istərsə də BMT, Avropa Şurası, hər bir beynəlxalq təşkilat və ölkə tərəfindən təsdiq edilir. Murinsonun məqaləsində daha sonra deyilir ki, Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrildiyi bir vaxtda Azərbaycan xaricdən milyardlarla dollar məbləğində birbaşa investisiya almaqla özünün iqtisadi inkişafını təmin edib, dünya siyasətində, energetika və texnologiyalar sahəsində mühüm aktora çevrilib, günbəgün firavanlasan müasir dövlət qurub.
Ermənistan isə Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməyə “xəstə alüdəlik” nəticəsində bu regiona firavanlıq gətirən nəhəng enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Cənubi Qafqazın digər ölkələri uğurlu cəmiyyətlərə çevrildiyi halda Ermənistan daim yoxsullaşan, korrupsiyanın baş alıb getdiyi, zəka axınının və ölkə əhalisinin azalmasının davam etdiyi bir şəraitdə “dilənçi ögey oğul” vəziyyətində qalmaqda davam edir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Rusiyada avtobus yük avtomobili ilə toqquşub
18.11.2017
Latviya Müstəqillik Gününü qeyd edir
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”
17.11.2017
“Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info