İşsizlikdən sığorta fondunun xərclərinin istiqamətləri açıqlanıb
Tarix: 15.11.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində proqnozlaşdırılıb.
 
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib.
 
Nazir bildirib ki, gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 mln. 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 mln. 726 min 212 manat, digər sığortaedənlər 53 mln. 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.  
 
Nazir fondun xərclərinin istiqamətlərini də açıqlayıb. Belə ki, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 mln. 478 min manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 613 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 150 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 mln. 802 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 mln. 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 mln. 709 min manatın yönəldilməsi nəzərdə tutulur.
 
Nazir əlavə edib ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
 
Qeyd edək  ki, qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info