“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
Tarix: 15.11.2017 | Saat: 19:01:00 | E-mail | Çapa göndər
Elşad İbrahimov:
“Ukraynada yaşayan azərbaycanlılara dəstəyimiz böyükdür”

Diaspor fəaliyyətində iş adamlarının rolunun böyük əhəmiyyəti var. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xaricdəki biznesmen soydaşlarımız diaspor işində aktivlik göstəriblər. Bu da diasporun inkişafına çox böyük müsbət təsir göstərib. Lakin sonradan iş adamları diaspor işində aktivliklərini heç də istənilən səviyyədə davam etdirmədilər. Maraqlıdır ki, bu gün də iş adamlarında diaspor işinə bu soyuqluq varmı? Elə müsahibimiz də gənc iş adamı, eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Elşad İbrahimovdur. Qeyd edək ki, E.İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin magistraturasını bitirib. 2011-ci ildən Kiyevdə yaşayan E.İbrahimov biznes fəaliyyəti ilə məşğuldur. O, “New-Europe Ukraina” və “Ukrzv’əzok” şirkətlərinin rəhbəridir. Bununla yanaşı, müsahibimiz aktiv ictimai fəaliyyət də göstərir. 2016-cı ildən UABD-ın sədr müavinidir. Ailəlidir, bir övladı var.
-Diaspor işində nə kimi aktivlik göstərirsiz?
-İlk növbədə Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qoruyuruq. Həmçinin Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Ən əsası da Azərbaycan həqiqətlərini, yəni Qarabağ problemini, Xocalı faciəsini Ukrayna ictimaiyyətinə çatdırırıq. Bunu təkcə deməklə deyil, Ukrayna mediası, tədbirlər, bilbordlar vasitəsilə edirik. Məsələn, ötən il 20 Yanvar faciəsi ilə bağlı Dneprepetrovskidə tədbir keçirdik. Bu yaxınlarda da 18 oktyabr-Müstəqillik Gününü Ukraynada qeyd etdik.
Azərbaycan dili və adət-ənənələrinin qorunması üçün Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq. Azərbaycan dövlətinin dəstəyi ilə azərbaycanlılar üçün dərsliklər çap etdiririk. Bundan başqa, “Azərbaycan sözü” qəzeti nəşr etdiririk. Bu qəzeti bütün Ukraynada pulsuz paylayırıq. Eyni zamanda arxiv və kitabxanalara bu qəzetin hər nüsxəsindən göndəririk.
Özümüzün “Diaspora TV” çəkiliş qrupumuz var. Keçirilən tədbirləri çəkib həm bütün vilayətlərdə olan azərbaycanlılara göndəririk, həm də Ukrayna ictimaiyyətinə təqdim edirik.
Ukraynanın bütün vilayətlərində təşkilatımızın qərargahlarını yaratmışıq. İstər təşkilatın mərkəzi, istərsə də vilayətlərdəki qərargahlar yerli rəsmi orqanlarla sıx əməkdaşlıq edir.
Ukraynada 50 nəfərdən çox azərbaycanlı alim yaşayır. Biz də Ukrayna Azərbaycanlıları Alimlər Şurasını yaratmışıq. Bizim təşkilatın sədri Hikmət Cavadov da bu şuranın üzvüdür. Ümumiyyətlə, UABD-ın özəyini həmin o alimlər təşkil edir.
-Ötən illərlə müqayisədə iş adamları diaspor işinə istənilən səviyyədə diqqət ayırmırlar. Sizcə, bunun səbəbi nədir?
-Qeyd etməliyəm ki, son dövrlər bu tendensiya zəifləyib. Yəni iş adamları diaspor fəaliyyətində çox aktiv iştirak edirlər. Amma siz haqlısız, ötən illərdə iş adamları, bu baxımdan, daha fəal idilər. Daha sonra onların diaspora inamları az olduğundan tədbirlərə qatılmadılar.
-Hazırda Ukraynada baş verən siyasi proseslərdə diaspor olaraq hansı mövqe nümayiş etdirirsiz?
-Biz Ukraynada demokratik fikirlərin inkişafı üçün istənilən xalq hərəkatına dəstək vermişik. İndi də biz buna hazırıq.
-Ukraynada kifayət qədər azərbaycanlı yaşayır. Diaspor olaraq onların hansı problemlərinə dəstək olursuz?
- Ukraynada yaşayan azərbaycanlılara dəstəyimiz böyükdür. Onların istər hüquq-mühafizə orqanları, istərsə də yeri icra orqanları ilə hər hansı problemi olursa, biz bunun aradan qaldırılmasına hər zaman dəstək olmuşuq. Demək olar ki, hər gün biz bu kimi məsələlərə qarşılaşırıq. Baxmayaraq ki, Ukrayna böyük əraziyə malikdir, lakin bacardığımız qədər soydaşlarımızın köməyinə çatırıq. Eləcə də hər zaman onların sevincinə də şərik olmağa çalışmışıq. Yəni həmvətənlərimizin hər hansı xeyir işinə də kömək edirik.
-Ukraynada azərbaycanlı tələbələrin də sayı çoxluq təşkil edir. Bu qüvvədən ictimai fəaliyyətdə nə dərəcədə faydalana bilirsiz?
-Burada Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı fəaliyyət göstərir. ÜAGT tərəfindən çox təqdirəlayiq işlər görülür. Təşkilat öz ətrafında, əsasən, Ukraynada təhsil alan azərbaycanlı tələbləri birləşdirir. Həmin azərbaycanlı tələbələr bizim istənilən tədbirlərdə çox fəal iştirak edirlər. Lakin Ukraynanın siyasi həyatında biz onlardan istifadə etmirik. Çünki biz hər işə demokratik yanaşırıq. Heç kimi məcbur edə bilmərik ki, gəlib bizim tədbirlərə qatılsın. Lakin özləri istəyirlərsə, gəlib iştirak edə bilərlər. Ancaq Azərbaycanla bağlı hər hansı tədbir olanda biz tələbələri dəvət edirik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.12.2017
Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”
24.11.2017
Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info