Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Tarix: 17.11.2017 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilb. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna müvafiq dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Bu dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Qanunun hazırkı variantında bu müddət “2018-ci il 1 yanvar” kimi göstərilir.
Yeni dəyişikliklərə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2019-cu il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. Qanunun hazırkı variantında bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır
16.08.2018
Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür
16.08.2018
Azərbaycan əhalisinin sayı açıqlanıb
15.08.2018
Monteneqroda azərbaycanlı turistləri nə gözləyir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info