Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
Tarix: 17.11.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa icazəsiz səfər edənlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini pozmuş sayılırlar. Son zamanlar bir neçə ölkənin müxtəlif peşə sahibləri Dağlıq Qarabağa qanunsuz səfərlər edirlər. Təbii ki, bu da Azərbaycan tərəfindən etirazla qarşılanır.
Belə səfərlərdən biri Meksikanın deputatları tərəfindən reallaşıb. Bu səfərlə bağlı Meksikanın nüfuzlu “Excelsior” qəzeti yazıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər yetirir.
Qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfirliyi “Morena” Milli Dirçəliş Hərəkatı və Demokratik İnqilab Partiyasından (PRD) olan millət vəkilləri Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravonun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə icazəsiz səfər etməklə səlahiyyətlərini aşdıqlarını hesab edir. Deputatlar Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər: “Deputatlar 21-28 oktyabr tarixlərində Ermənistan-Meksika Dostluq Qrupunun səfəri çərçivəsində Ermənistanda olmalı idilər, lakin burada olarkən Azərbaycan ərazisi olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər ediblər və bu da Azərbaycan tərəfinin hiddətli reaksiyasına səbəb olub”. Qəzet yazır ki, Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov 25 oktyabr tarixində rəsmi məktubla müraciət edərək Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marindən bu səfərin araşdırılmasını tələb edib. O, bu provokativ və qəbuledilməz hərəkətin Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna zidd olduğunu və onun məqsədinin şübhəsiz ki, həmin münasibətlərə zərər yetirmək olduğunu deyib. Həmçinin nüfuzlu “Milenio” qəzeti yazır ki, solçu (müxalifətçi) deputatlar Azərbaycanla diplomatik konfliktə səbəb oldular: "Həmin səfər Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə həyata keçirilib. Meksika tərəfindən qrupun həmsədri Morenalı Marqarita Kuatanın Ermənistanı dəstəkləyən bəyanatlar və Azərbaycan tərəfindən icazə olmadan bu ölkənin ərazisinə səfərləri millət vəkillərinin "persona non qrata" elan edilmələrinə gətirib çıxardı. Azərbaycan tərəfindən təqdim olunmuş məktubda qeyd olunur: “Adıçəkilən meksikalı millət vəkilləri tərəfindən bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna ziddir və onun məqsədi, şübhəsiz ki, həmin münasibətlərə zərər yetirməkdir”. Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Viktor Giorxana Azərbaycan tərəfinin məsələ ilə bağlı çox ciddi narahatlığını təsdiq edib və Deputatlar Palatasından həmin səfərin pislənilməsini tələb etdiyini deyib. Eyni zamanda o, məsələnin həll olunacağını deyib və Deputatlar Palatası rəhbərliyinin sözügedən səfərin qeyri-rəsmi xarakter daşıdığını bildirdiyini vurğulayıb. O, deputatların məsələnin incəliyindən xəbərdar olmalı olduqlarını deyərək bildirib: "Ermənistana səfər etdikdə digər ölkənin işğal olunmuş ərazisinə keçərkən bunun nə nəticələrə gətirib çıxara biləcəyi barədə düşünməli idilər". Nüfuzlu “El Universal” qəzeti isə yazır ki, Meksika millət vəkilləri Azərbaycanın protestinə səbəb olub: "Federal deputatlar Marqarita Kuata (Morena), Karlos Hernandes Miron (Morena) və Mariya Kristina Bravo (PRD) 1992-ci ildən Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər. Bu səbəbdən Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Xarici Əlaqələr Katibliyinin (Xarici İşlər Nazirliyi) Avropa Baş İdarəsinin rəisi ilə görüş xahiş edib. Görüşdə o, “Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan qanunvericiliyi və Meksika Xarici Əlaqələr Katibliyinin rəsmi səhifəsində regiona səfərlə bağlı xəbərdarlıqlara məhəl qoymadan” səfərlə bağlı ciddi narahatlığını ifadə edib. Deputatlar 21-28 oktyabr tarixlərində Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə Ermənistanda olub. Azərbaycan nümayəndəsi meksikalı deputatların münaqişədən xəbərdar olmalı olduqlarını deyərək, bu kimi halların gələcəkdə qarşısının alınması üçün həmin qeyri-qanuni səfərin araşdırılması və Meksikanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha səsləndirilməsini xahiş edib. Bununla bağlı Xarici Əlaqələr Katibliyi Deputatlar Palatasının sədri Karlos Ramirez Marinə göndərilən məktubda deyilir: “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət BMT tərəfindən baxılıb. Bununla bağlı BMT TŞ 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələrdə ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tanınır, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilir”. Bundan başqa, bir sıra digər media resursları, o cümlədən radio vasitəsilə bu məsələ işıqlandırılıb.

Oleq Kuznetsov: “Nersenyanı əli qandalda görməyi arzulayıram"

Azərbaycan torpaqlarına iddia ilə çıxış edən ermənilərin öz tarixinin yalan üzərində qurulduğu, onların terrorçu bir xalq olduğu başqa ölkələrin tarixçiləri tərəfindən sübut edilir. Onlardan biri də tarixçi-alim Oleq Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasıdır.
Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi başlamaqdan ikinci dəfə də imtina edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni vəkil Ruben Kirakosyanın Oleq Kuznetsovun APA İnformasiya Agentliyində dərc olunan müsahibələri ilə bağlı Rusiya İstintaq Komitəsinə etdiyi şikayətlə bağlı qərar çıxarılıb. Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyovun icraatında olan şikayətlə bağlı qərara əsasən Oleq Kuznetsovun APA agentliyində dərc olunan müsahibələrində cinayət tərkibi aşkar olunmayıb. Həmin müsahibə və şərhlər psixoloji-linqvistik məhkəmə ekspertizasından keçirilib. Bu ekspertizanın nəticəsinə əsasən Oleq Kuznetsova qarşı cinayət işi başlamaqdan imtina olunub. O. Kuznetsov APA-ya açıqlamasında Ruben Kirakosyanın onu cinayət məsuliyyətinə cəlb etmək tələbi ilə bağlı növbəti şikayəti əsasında aparılan yoxlamanın nəticələri və materiallarla tanış olduğunu bildirib: "Materialın həcmi 300 səhifədən çoxdur. Aparılan yoxlamaların nəticəsi isə 40 səhifəyə yaxındır. Burada, əsasən, mənim APA agentliyində yayımlanan müsahibə və şərhlərim yer alıb. Hansılardan ki, erməni vəkil şikayət edib. Mənə Ruben Kirakosyanın fəaliyyətinin motivləri tam aydın deyil. Ali hüquq təhsili olan və vəkillik edən R. Kirakosyan əvvəldən anlaya bilməyib ki, onun bütün fəaliyyəti uğursuzluğa məhkumdur. Rusiyada ekstremizmə qarşı çox sərt qanunvericilik var. Lakin bu, Rusiya hüquq normalarına uyğun olmasa belə, o demək deyil ki, kimsə ermənilərin maraqlarını müdafiə edəcək və onların tələblərini yerinə yetirəcək. Deyəsən, ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib. Ümid edirəm ki, Kirakosyan nümunəsi Rusiya qanunları və ya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə öz etnik eqoizmi xeyrinə manipulyasiya etməyin mümkünlüyünü hesab edənlərə dərs olacaq".
Rusiyalı tarixçi Kirakosyanın öz-özlüyündə təhlükəsiz olduğunu söyləyib: "Mənim üçün o təhlükəli deyil. Lakin mənim üçün təhlükəli olan hərbi prokurorluğun keçmiş müstəntiqi, hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Karen Nersenyandır. Nersenyan hazırda Kirakosyanın hüquqlarını müdafiə edir. O, bu gün başqa şəxslər vasitəsilə bütün Rusiya ərazisində mənim əleyhimə kompromatlar yığır, mənim şəxsi işimə çıxış axtarır ki, bu da Rusiya qanunvericiliyinə ziddir, cinayət məsuliyyəti daşıyır. Hazırda vəkil və keçmiş müstəntiq kimi bunları Nersenyan bilməmiş olmaz. Lakin o, bütün bunları etməyə davam edir. Keçmiş həmkarlarım müntəzəm olaraq bu barədə mənə xəbər verirlər".
O. Kuznetsov Nersenyanı dayanmağa çağırıb: "Hələlik onu dayanmağa çağırıram. Ona görə ki, bu cür fəaliyyət onun üçün müttəhimlər kürsüsündə əyləşməklə qurtara bilər, baxmayaraq ki, özüm onu əli qandalda görməyi arzulayıram".
Ona qarşı iki dəfə cinayət işi açmaqdan imtina olunan rusiyalı alim "Erməni terrorunun vəkilləri" adlı sənədli film çəkməyə hazırlaşdığını da söyləyib. Bu sənədli filmin əsasında Rusiya İstintaq Komitəsinin O.Kuznetsova qarşı edilən şikayətlərlə bağlı yoxlama materialları dayanır. Kuznetsov filmin hazırlanması üçün maddi vəsaitin tələb olunduğunu da qeyd edib.
Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə birlikdə bu il iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər.
A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib. Bu ilin avqust ayında O. Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib. Bu il oktyabrın 4-də Rusiya İstintaq Komitəsi bu şikayət əsasında Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.
Ermənilər bu fəaliyyətlərinin nəticə verməyəcəyini anlayıb, sentyabrın 12-də Rusiya İstintaq Komitəsinə Oleq Kuznetsovun APA agentliyində dərc olunan müsahibə və şərhlərində ermənilərə qarşı milli-etnik zəmində nifrətə təhrik əlamətlərinin olub-olmadığının araşdırılması ilə bağlı şikayət ərizəsi yazıblar.

Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info