“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
Tarix: 17.11.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər
Hikmət Elp: “Məqsədimiz Anadolu insanına öz qardaşlarının mədəniyyətini daha çox tanıtmaq və insanlarımız arasında amal birliyinin möhkəmlənməsini təmin etməkdir”
Bu yaxınlarda İstanbul Azərbaycan Kültür Evinin sədri Hikmət Elpin başçılığı ilə 15 nəfərlik nümayəndə heyəti “Azərbaycanı tanıtmaq” layihəsi çərçivəsində növbəti dəfə Azərbaycanda olub. Hikmət Elp öz səfər təəssüratlarını bizimlə bölüşüb.
-Azərbaycana səfərdə məqsəd nə idi?
- İstanbul Azərbaycan Mədəniyyət Evinin məqsədi Azərbaycanı bütün dəyərləri ilə tanıtmaqdır. Azərbaycanı tarixi, mədəniyyəti və təbiət gözəllikləri ilə tanıtmaq və turizmin inkişafına kömək etmək məqsədilə "Azərbaycan turları"nı təşkil etməyi lazım bildik. Eyni zamanda bu səfərlərimiz insanlarımıza mənəvi rahatlıq vermiş olur. Bu istiqamətində gələcəkdə ildə ən az 4-6 dəfə səyahətlər təşkil etməyi düşünürük.
-Heyətə hansı peşə sahiblərinin nümayəndələri daxil idi?
-Azərbaycana son səfərimizdə 14 nəfərlik heyətlə gəlmişdik. Qrup içində iş adamı, müxtəlif peşə sahibləri, rəsmi vəzifələrdə çalışmış insanlar var idi. Kərkük, özbək əsilli və Azərbaycandan mühacirət edənlərin ikinci nəsillərindən olanlar da var idi. Bu gəzintimizdə bizimlə birlikdə olan dostlarımızın, döndükləri zaman öz ətraflarına gördüklərini və yaşadıqlarını izah etmələrini təmin etmək bizim üçün çox əhəmiyyətlidir. Azərbaycana gətirdiyimiz hər qonağımızın bir təbliğat nəfərinə dönmələrini təmin etmək lazım olduğunu düşünürük.
-Belə səfərlərin Türkiyə elm adamlarının Azərbaycanı daha yaxından tanımasında nə kimi rolu var?
- Ümumiyyətlə, türkiyəli soydaşlarımızın və türk əsilli vətəndaşların Azərbaycana qarşı böyük simpatiyası var. Ancaq bu simpatiya yalnız soydaşlıqdan və tarix-mədəniyyət birliyimizdən ibarət olduğu sanılmaqdadır. Halbuki Anadolu türklüyünün də geni o coğrafiyadan gəldiyinin fikrini yaratmaq, Azərbaycanın dərinliklərinin göstərmək üçün çalışmaqdayıq. Dünya tərəfindən tanınmış olan Azərbaycanın Nizamı Gəncəvi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Üzeyir Hacıbəyli kimi söz sahiblərimizin tanıdılmasının lazım olduğunu düşünürəm.
-Bundan əvvəl belə səfərləriniz olubmu?
-Bəli, bundan əvvəl də irili-kiçikli dörd ayrı səfərimiz olmuşdu. Bu səfərlərimizin ilk ikisi öz üzvlərimizdən ibarət idi, digərləri isə mədəniyyətimizə maraq duyan və mədəniyyətimizlə maraqlananların gəzintilər idi. 2017-ci ildən etibarən bu turlarımızı bir layihə çərçivəsində və İstanbul Baş konsolluğumuzun məlumatı daxilində çoxaldaraq inkişaf etdirməyi düşünürük.
-Səfər çərçivəsində Azərbaycanın hansı rayonlarında və gəzməli-görməli yerlərində oldunuz?
-Gəzinti proqramlarımızı, ümumiyyətlə, Bakıdan başlayaraq Şamaxı, Qəbələ, Şəki və Gəncə kimi bölgələrə etdik. İnşallah, gələcəkdə başqa bölgələrinizə də getməyi düşünürük.
Öncə Bakıdakı Şəhidlər xiyabanı və İçərişəhər-Şirvanşahlar Sarayı başda olmaqla Azərbaycan Tarix Muzeyi, Atəşgah, Hüseyn Cavid Muzeyi, Nizamı Meydanı (Tarqovı), şəhərin müxtəlif gözəlliklərini gördük.
Şamaxıda Rəsədxanada olduq, Mirzə Ələkbər Sabirin məzarını ziyarət etdik.
Qəbələdə Yeddi Gözəl şəlaləsində və digər mənzərəli yerlərdə olduq. Şəki Xansarayı, Karvansara, Şəki ipəyinin emalatxanası və satış yeri, Şəki Halvasının hazırlandığı sexdə olduq və bazarı gəzdik.
Gəncədə Göygöl-Maralgöl, Xanbağı, İmamzada, Şahabbas Məscidi, Cavad Xan məqbərəsi, Nizamı Gəncəvi Muzeyi və məqbərəsi və Gəncənin digər tarixi yerlərini gəzdik. Ümumiyyətlə, Azərbaycanın tarixi, ədəbiyyatı, sənəti, təbiəti haqqında gəzintilərimiz xoş təəssürat bağışlayır və bu gəzintilərin şirin bir yorğunluğunu da qonaqlarımıza yaşatmış oluruq. Bütün bunlarla yanaşı, Azərbaycan mətbəxini bütün ləzzətlərilə tanış etməyə çalışırıq ki, bu da missiyamızın bir parçasıdır.
-Səfərdə iştirak edənlər Azərbaycandan hansı təəssüratla ayrıldılar?
-Hər gəlişimizdə turlarımıza qatılan insanların inanılmaz duyğularla və təəccüblü bir üz ifadəsilə, xoşbəxt ayrıldıqlarını söyləyə bilərəm. Belə ki, bura gələnlər hər fürsətdə etdiyimiz xidmətlərə və onlara bu gözəllikləri yaşatdığımıza görə bizlərə minnətdarlıqlarını bildirirlər. Bizim fədakarcasına və həvəskar bir ruhla onlara xidmət etməmizin qarşısında duyğulanırlar. Azərbaycan haqqında səthi məlumatlara sahibkən, buranın dərinliklərini gördüklərində sevinclərini gizləyə bilmədiklərini söz və hərəkətləri ilə göstərir və bizim də missiyamızın məqsədinə uyğun olduğunu görərək xoşbəxt olmamızı təmin edirlər.
-Gələcəkdə yenə belə səfərlərin olması nəzərdə tutulubmu?
-Bizlər İstanbul Azərbaycan Mədəniyyət Evi olaraq Azərbaycanımızı tanıtmağa davam etməyi məqsəd hesab etmiş təşkilatıq. Bu fəaliyyətlərimiz davam edəcək. Arzumuz Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq içərisində, sizin kimi hadisələrə diqqətlə yanaşan media təşkilatlarının əməkdaşlığında gözəl şeyləri həyata keçirməkdir. Anadolu insanına öz qardaşlarının mədəniyyətini daha çox tanıtmaq və insanlarımız arasında amal birliyinin möhkəmlənməsini təmin etməkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.12.2017
Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”
24.11.2017
Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info