Dünya çempionatında iştirak edəcək yığmaların dəyəri açıqlanıb
Tarix: 18.11.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək yığmaların təxmini dəyəri açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşhur “Transfermarket” portalı millilərin heyətində çıxış edən futbolçuların təqribi qiymətlərini əsas tutaraq siyahı tərtib edib.
Cədvələ Braziliya millisi başçılıq edir. Belə ki, “pentakempeon”ların hazırkı heyəti 671.5 milyon avro məbləğində dəyərləndirilib. İkinci pillədəki İspaniya yığmasının oyunçularının dəyərinin cəmi 643.5 milyon avrodur. Üçüncü və dördüncü yerlərdə isə Almaniya və Fransa (636.5 milyon) qərarlaşıb
Mundiala ev sahibliyi edəcək Rusiya millisinin dəyəri isə 138.6 milyon avrodur. Şimal qonşularımız siyahıda 17-ci pillədə yer alıb.
Mundialın ən “ucuz” yığması isə Panamadır. Mərkəzi amerikalıların bütün heyətinin dəyəri 5.25 milyon avrodur.
Qeyd edək ki, tərtib olunan siyahı komandaların son oyunlardakı heyətləri əsas tutularaq hazırlanıb. Dünya çempionatının startına qədər transfer bazarında yeniliklər, həmçinin komandaların heyətlərində zədə və s. səbəblərdən dəyişikliklər olacağından siyahının dəyişməsi istisna edilmir.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir
15.09.2019
İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb
14.09.2019
İngiltərə Premyer Liqası: “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info