IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib
Tarix: 18.11.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilir.
APA-nın informasiya dəstəkçisi olduğu festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib, festivalın seçim komissiyasına 43 ölkədən 84 film qəbul olunub.
Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın Azərbaycan üçün əhəmiyyətindən danışıb, IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına beynəlxalq aləmdə marağın böyük olduğun diqqətə çatdırıb. Nazir əlavə edib ki, festival çərçivəsində bir-birindən maraqlı filmlər münsiflər heyətinə təqdim edilib, peşəkar mütəxəssislər tərəfindən seçim edilib.
Tədbirdə bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsulları (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışıb. Yarışmaya təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib
Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandırıb. I yerin sahibinə (Qızıl mükafat ) diplom və mükafat, II yerin sahibinə (Gümüş mükafat) diplom və mükafat, III yerin sahibinə isə (Bürünc mükafat) diplom və mükafat təqdim edilib
Festivalın “QRAN PRİ” diplom və mükafatı fransız müəllif Metyu Li Leyin “Kumano” filminə təqdim edilib. Milli mükafata Adil Azayın “Vulkanın nəfəsi”, münsiflərin xüsusi mükafatına isə Onur Kıratlının “Mersinin sirri” filmi layiq görülüb.
Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini “Salnaməfilm” studiyası həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır
15.09.2020
Ukraynada yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info