Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Tarix: 18.11.2017 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb, təsərrüfat sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.
Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul verib. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.
Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırıb. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır ki, onlar da əsasən heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 10 ailə təsərrüfatına dövlət maliyyə dəstəyi göstərilib. Bütün bunlar da ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların ixracına geniş imkanlar açır.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafı üçün nəzərdə tutulan istehsal konteynerinə baxıb.
Bildirilib ki, 4 işçi heyəti ilə təmin olunan konteyner pendir istehsalı üçün nəzərdə tutulub. Konteynerdə istehsal xətti yaradılıb, lazımi avadanlıqlar və hazır məhsulun saxlanması üçün soyuducu quraşdırılıb. Bu da standartların tələblərinə uyğun keyfiyyətli və müxtəlif ölçülü qablaşdırılmış pendir istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək veriləcəyini bildirib, təsərrüfatlarda istehsal prosesinin elmi əsaslarla və sənaye yolu ilə təkmilləşdirilməsi, məhsulların əmtəə görünüşünə və qablaşdırılmasına diqqət yetirilməsi, hər bir rayon üzrə sifarişlərin qəbul olunması və istehsal profilinə uyğun konteynerlərin quraşdırılması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının hazırlanması və icrası barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Festival noyabrın 19-dək davam edəcək, iştirakçılar arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.
Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi mahnılardan ibarət konsert proqramı ilə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info